vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
14:31 | 2 aprel 2022 | Şənbə Məqaləyə 1034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml Dehlini yanında görmək istəyir

Hindistan isə Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir

“Atlas” Araşdırmalar Mərkəzi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın xarici işlər naziri Serget Lavrov Çindən sonra Hindistana səfər edib. 3 ay əvvəl Hindistana Rusiya prezidenti Vladimir Putin səfər etmişdi. Ukraynada işğalçı müharibənin fonunda Kreml üçün Hindistanla tərəfdaşlığın davamı vacibdir.

Hindistan Türkiyə kimi Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb. Əksinə Hindistan Rusiyadan sanksiya altında olan ucuz neft almağı planlaşdırır. Sanksiya altında olan Rusiya Hindistana başqa məhsullar da ixrac etmək istəyir. Rusiya beynəlxalq ödəmə sistemi olan SWIFT-dən çıxarıldığına görə iki ölkə arasında ticarətdə rubl və rupi ilə ödəmənin həyata keçirilməsi araşdırılır.  Lavrov Dehlidə hindli həmkarı Subramanyam Cayşankarla müxtəlif mövzuları müzakirə edib. Lavrov baş nazir Narendra Modi ilə də görüşüb. Lavrov Dehlidəki görüşlərdə Hindistanın ünvanına müsbət fikirlər söyləyib: “Biz illərin dostuyuq. Bu dostluqda balansı qoruyuruq. Qərb Rusiya ilə münasibətlərdə bohran yaradıb. Hindistanın mövcud duruma birtərəfli deyil, hərtərəfli baxışını yüksək qiymətləndiririk”.  

Buna baxmayaraq, Dehli Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Rusiyanın beynəlxalq ödəmə sistemi olan “SWIFT”dən çıxarılması Hindistana Rusiya ilə ticarətdə problemlər yaradıb. Hindistan müharibədən əvvəl Rusiyaya ixrac etdiyi 400 milyon dollarlıq məhsula görə maliyyəni əldə edə bilməyib. Baş nazir Narendra Modi Rusiyaya qarşı sanksiyaların Hindistan iqtisadiyyatına təsirlərini öyrənmək məqsədilə hökumətin tərkibində işçi qrup formalaşdırıb.  

Rusiya-Hindistan tərəfdaşlığı Vaşinqtonu ciddi narahat edir. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda ABŞ Hindistanı yanında görmək istəyir. Lavrovun Dehli səfərindən bir neçə gün öncə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass  və Ağ Evin İqtisadi Şurasının sədr müavini Dalip Sinqh Hindistanda olublar. Dalip Sinqh Amerika vətəndaşı olsa da, milliyyətcə hindlidir.  Bu səfərin məqsədi Dehlini Kremlin planlarından uzaq tutmaq idi. 

Vaşinqton Hindistanın simasında dünyanın ən böyük demokratiyasını inandırmağa çalışır ki, Dehli Kremllə münasibətlərdə ehtiyatlı olsun, Rusiya hərbi - texniki əməkdaşlığa genişləndirməsin. Qərb dövlətləri, o cümlədən Yaponiya Hindistana yatırımların miqyasını artırmağa çalışırlar. Vaşinqton və London istəmirlər ki, Hindistan sanksiya altında olan Rusiyadan ucuz neft alsın. 

Dehli çətin seçim qarşısındadır. Hindistan Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmir, ancaq beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə səs vermir. O biri tərəfdən Hindistan Vaşinqtonun istəyi ilə Rusiya iqtisadi münasibətlərin həcmini də azaltmaq istəmir. Buna baxmayaraq, Dehlinin Rusiyanın hərbi texnikasına marağı azalıb. Hindistan müdafiə qabiliyyətini artırmaq üçün müxtəlif ölkələrdən silah və hərbi texnika almağa başlayıb.