vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
15:47 | 1 aprel 2022 | Cümə Məqaləyə 349 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərin yeni xəyanəti

İrəvan Moskvaya arxadan daha bir zərbə vurdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağda vəziyyətin növbəti gərginləşməsi fonunda Ermənistan NATO ilə məsləhətləşmələrə başlayıb. Martın 29-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Şimali Atlantika Alyansının “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakı çərçivəsində yardım üçün Brüsselə müraciət edib.

Bu proqrama əsasən, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə birbaşa təhlükə yarandıqda onun iştirakçıları NATO-ya üzv ölkələrlə məsləhətləşə bilərlər.

Lakin Ermənistanın timsalında vəziyyət çox simptomatik görünür, çünki kömək üçün Qərbin hərbi-siyasi blokuna müraciət edən bir KTMT üzvüdür.

Bundan başqa Ermənistan Moskvada strateji müttəfiq kimi qəbul edilir və İrəvanın özü də Putinlə söhbətlərində Ermənistan və Rusiyanın tərəfdaş və müttəfiq olduğunu hər fürsətdə dilə gətirir.

Bir sözlə, İrəvan Moskvaya arxadan daha bir zərbə vurdu. Həm də Rusiya ilə NATO arasında münasibətlərin soyuq müharibə səviyyəsinə çatdığı bir vaxtda.