vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
18:24 | 5 mart 2014 | Çərşənbə Məqaləyə 1531 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səbəb heç vaxt tapmayacaq»

«Rusiya ordusu təcili Krımdan çıxmalıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın xarici işlər naziri Andriy Deşitsa Fransanın paytaxtı Parisdə amerikalı və britaniyalı həmkarları ilə üçtərəfli görüş keçirib. Deşitsanın Con Kerri və Uilyam Heyqlə görüşündə Ukraynada, xüsusilə Krımda hazırkı vəziyyət müzakirə edilib.

Bu arada, Avropa Birliyinin icraçı qolu Ukraynaya 11 milyard avro dəyərində maliyyə yardımı ayırmağa və yaxın bir neçə ildə qrant verməyə hazır olduğunu açıqlayıb. Bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib. Bundan əvvəl isə rəsmi Kiyev növbəti 2 il ərzində 35 milyard dollar maliyyə yardımına ehtiyacının olduğunu açıqlamışdı.

Bu arada, Ukraynanın Baş naziri Arseniy Yatsenyuk Rusiya hərbi qüvvələrinin Krımda olmasının mənasız olduğunu bildirib və Rusiya hökumətini hərbçilərini geri çağırmağa səsləyib. «Bu gün Krım muxtar respublikasında baş verənlər təkcə Ukraynanın deyil, bütün dünyanın təhlükəsizliyini risk altında qoyur. Və bunlara görə məsuliyyət yalnız Rusiyanın üzərindədir. Rusiya hökuməti Ukrayna ərazisində hərbi aqressiya üçün heç bir səbəb tapmayıb və heç vaxt da tapmayacaq. Rusiyanın Ukrayna ərazisində hərbi aqressiyasının siyasi, təhlükəsizlik və iqtisadi baxımdan nəticələri olacaq. Rusiya hərbçilərinin Ukrayna ərazisində mənasız mövcudluğunun, hər şeydən əvvəl, Ukraynanın iqtisadiyyatına çox pis təsiri var. Buna görə də biz Rusiya hökumətini dərhal öz hərbi qüvvələrini geri çağırmağa və ikitərəfli və çoxtərəfli razılaşmalara riayət etməyə çağırırıq» - Yatsenyuk belə deyib.