vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
17:21 | 11 aprel 2022 | Bazar ertəsi Məqaləyə 626 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibə zamanı sosioloji sorğulara etibar etmək olmaz

Putin hakimiyyətdə olduğu müddətdə Avropada sülh olmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

“Açıq Rusiya” qrupunun təsisçisi Mixail Xodorkovski Vaşinqtonda Atlantika Şurasında verdiyi müsahibədə deyib ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də yanlış fərziyyələrə əsaslanaraq Ukraynaya qarşı müharibəyə başlamaqla düzəldilə bilməyəcək böyük səhvə yol verib. Onun sözlərinə görə, Putin Ukraynada NATO və ABŞ-la müharibə apardığına əmindir. YUKOS şirkətinin keçmiş rəhbərinin fikrincə, ona görə də Kreml lideri hakimiyyətdə olduğu müddətdə Avropa qitəsində sülh olmayacaq.

Rusiya prezidentinin yüksək reytinqləri ilə bağlı sualı cavablandıran Mixail Xodorkovski deyib ki, diktatura rejimi və müharibə zamanı sosioloji sorğulara etibar etmək olmaz.

Ukrayna Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləyə başladığı gündən Rusiya Federasiyasının hərbi qüvvələrinin itkiləri təxminən 19 min nəfərdən ibarətdir. Qərb ekspertləri Rusiyanın itkilərinin bundan daha az olduğunu ehtimal edir.

“Açıq Rusiya” qrupunun təsisçisi, müxalif rusiyalı siyasətçi Mixail Xodorkovski Putinin Rusiya daxilində gərginliyi artırmamaq üçün Ukraynada döyüşlərdə məqsədli şəkildə ölkənin kiçik şəhərlərindən əsgəri səfərbər etdiyini qeyd edir.

“Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, Rusiyada insan həyatının dəyəri xüsusilə də Şimali Qafqaz bölgəsində, ya da kiçik şəhərlər və qəsəbələrdə yaşayan insanlardan söhbət gedəndə hələ də istənildiyi kimi yüksək deyil. Putin bunu bilərək, məhz həmin yerlərdən əsgərləri yığır və onların qohumlarını susmağa məcbur etmək üçün onların ölümlərinə görə həmin yerlər üçün böyük məbləğdə pul ödəyir. Putin əgər 200 min nəfərdən ibarət ehtiyat qüvvələri toplamalı olsa, bu onun üçün ağır siyasi addım olacaq, çünki belə olan halda böyük şəhərlərə tabutlar gətiriləcək. Böyük şəhərlərdə isə insan həyatının dəyəri haqda təsəvvürlər tamamilə fərqlidir. Bu isə Putin üçün hakimiyyətin 2024-cü ildə keçidindən əvvəl böyük bir problem ola bilər”, Mixail Xodorkovski bildirib.

ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyaya qarşı presendenti olmayan sanksiyalar tətbiq edib. Bir sıra Qərb şirkətləri isə Rusiya ərazisində ya fəaliyyətini dayandırıb, ya da məhdudlaşdırıb.

“Rusiya cəmiyyəti hazırkı məqamda sanksiyaların bütün ağırlığını hələ öz üzərində hiss etməyib. Putin hələlik iqtisadiyyatı saxlamağı bacarır. Bu onunla bağlıdır ki, sanksiyalar əvvəlcə tam əhatəli deyildi, onlar tədricən artmağa başladı. Buna görə də mən belə hesab edirəm ki, biri neçə aydan sonra Rusiya cəmiyyəti onların bütün təsirlərini hiss etməyə başlayacaq. Təəssüf ki, Rusiya cəmiyyəti Ukraynada həqiqətən də nələrin baş verdiyini görmək və eşitmək istəmir və yalnız öz fərdi soyuducularındakı vəziyyət onları diqqət verməyə və ayılmağa məcbur edəcək”, - Xodorkovski qeyd edib.

Mixail Xodorkovski hesab edir ki, Rusiya cəmiyyəti öz xalqına qarşı silahdan istifadə etməyə hazır olan Putin rejimini devirməyə hazır deyil. Onun sözlərinə görə, hakimiyyət dəyişikliyi çox güman ki “saray çevrilişi” nəticəsində baş verəcək.