vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
09:16 | 14 aprel 2022 | Cümə axşamı Məqaləyə 629 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixin doğru tərəfi

Nasizimin yaranmasına səbəb olanlar, onun üzərində qələbəyə sevinir

Elmir MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml bu müharibə ilə elə-belə uduzmadı, Rusiya tarixini uduzdu.

Tarixin doğru tərəfində olmaq gələcək üçün çox vacib şərtdir, hətta Almaniya və ya Yaponiya kimi qabaqcıl ölkələr belə zamanında tarixin doğru tərəfində olmadığı üçün indiyə kim öz iqtisadi, texnoloji, mədəni nailiyyətlərinə baxmayaraq dünya siyasətində marginal rolundadır. 

Rusiya çox zaman bu vəziyyətə düşüb, amma onu hər dəfə hansısa təsadüflər xilas edib, XIX əsrin ortasında Krım müharibəsi dövründə də beləcə tamamilə təklənmişdi, o zaman imperiyanı tam tənəzzüldən monarxın qəfil vəfatı xilas etdi, belə ki, I Nikolayın odioz fiquru o zamanın aparıcı dünya dövlətlərinin birləşməsinə zəmin yaradırdı, onu əvəzləyən II Aleksandr isə tam fərqli fiqur olduğu üçün Fransa haman bu müharibəni bitirmək qərarına gəldi və nəhayətdə Rusiya əleyhinə yaranmış dünya koalisiyası dağıldı. 

Başqa bir situasiya XX əsrin ortasında, II Dünya Müharibəsi zamanı yarandı, onda da nasist Almaniyasının müttəfiqi, yəni absolyut şərin yanında olan Sovet İttifaqını bu biabırçı haldan sanki təsadüf xilas etdi, nəhayətdə sovetlər və onun xələfi Rusiya indiyə kimi “nasizm üzərində qələbə” ilə öyünürdü, halbuki nasizmin yaranışına olmazın təkanı elə özləri vermişdi. 

İndiki vəziyyətdən isə heç bir çıxış yolu görünmür, 50 günə yaxın müharibə ərzində “dünyanın 2-ci ordusu” elə bir biabırçılığa imza atıb ki, bu reputasiya krizisini heç bir zaman artıq dəf edilə bilməyəcək. Rusiyanın son illər yaradılmış “qorxunc imperiya” obrazının “Gil ayaqlı Nəhəng” (Colosse aux pieds d'argile) metaforasından başqa bir şey olmadığı tam çılpaqlığı ilə üzə çıxdı. 

Bu vəziyyətdən tarixi çıxış yolu yalnız imperiyanın demontajından keçir, başqa mümkün vasitə yox kimi görünür.

P.S.: Yeri gəlmiş, Azərbaycan bu gün tarixin doğru tərəfindədir.