vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
15:52 | 15 aprel 2022 | Cümə Məqaləyə 908 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Ukraynaya “Əzrayıl” göndərəcək

Kiyev müharibənin gedişini tam dəyişə biləcək silah əldə edir

OSMAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Xarici media Ukraynanın ABŞ-dan “MQ-9 Reaper” kəşfiyyat-zərbə dronu almağa hazırlaşdığını bildirib. Bununla bağlı artıq zəruri görüşlərin və razılaşmaların olduğu bildirilir.

Dünyada ən güclü hesab olunan “MQ-9 Reaper” dronun parametrləri “Bayraktar TB2”dən kəskin fərqlənir. 

Onun uçuş məsafəsinin 1500-2500 km olduğu, daha ağır və daha güclü raketlərlə təmin olunduğu  bildirilir.

Parametrlərinə diqqət yetirdikdə görmək olar ki, əgər bu silahı Ukrayna əldə edə bilsə Rusiya ordusunu tam fəlakət gözləyir.

Yəni bu o demək ki, Ukrayna ordusu  elə Kiyevdə, Lvovda oturub Moskvaya rahatca  zərbə endirə bilər.

Güman etmək olar ki, Rusiyanın son günlərdə NATO ölkələrinin Ukraynaya silah verilməsi  ilə ultimatumları məhz “MQ-9 Reaper” dronu ilə bağlı olub.

Ləqəbi – “Əzrayıl”

İdarəetmə 2 nəfər

Uzunluq – 11 m

Hündürlüyü - 3.81 m

Qanad eni – 20 m

Boş ağırlığı – 2,223 kq 

Maksimum yükgötürmə qabiliyyəti - 4,760 kq

Yanacaq həcmi – 1,800 kq

Motor – Honeywell TPE331–10 Turbopərvanə, 671 KVatt, Digital Elektron Motor Nəzarəti ilə bərabər.

Maksimal sürət –  482 km/saat

Kreyser sürəti – 313 km/saat

Vurma dəqiqliyi – 1,852 km

Havada qalma müddəti – 14 saat (tam yüklü vəziyyətdə)

Qalxma hündürlüyü - 15,240 m

Əməliyyat hündürlüyü – 7,5 km

İstehsalçı – ABŞ Hərbi Hava Qüvvələri

Cəmi istehsal – 104 ədəd

Qiyməti ¬ 30 milyon dollar

ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Niderland ordusunun istismarında var.