vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
21:12 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 1636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin siyahıya daxil edilməyib

Sergey Lavrov: «Kerri məni inandırdı ki...»

MÖVZU İLƏ ƏLAQƏLİ

APA-nın «İTAR-TASS»a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ABŞ administrasiyasının nümayəndəsi bildirib.

«Dövlət başçısına qarşı sanksiyalar qeyri adi və fövqəladə şəraitdə tətbiq olunur. Biz tədbirləri bu addımdan başlamaq niyyətində deyilik», deyə o bildirib.

Bu arada Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyəti vəziyyəti daha da  gərginləşdirir. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə, Sergey Lavrov açıqlamasında qeyd edib ki, Rusiya vətəndaşlarına qarşı hələlik heç bir siyahı yoxdur.

«Vəziyyətin gərginləşdirilməsi prosesi davam etdirilir, Rusiya vətəndaşlarının daxil edildiyi qapalı siyahıların hazırlandığı, onların ABŞ-a girişinə qadağa qoyulacağı bildirilir. Kerri məni inandırdı ki, heç bir siyahı hələlik yoxdur, sadəcə göstərişlər var, lakin bu məsələnin mahiyyətini heç də dəyişmir», deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri ABŞ-ın bu niyyətinin Rusiyaya qarşı təhdid olduğunu bildirib: «İstənilən halda bu təhdiddir, həmçinin «səkkizliyin», Rusiya-NATO Şurasının fəaliyyətini dondurmaq barədə qərarlar da təhdiddir».