Rusiyanın gizli əli vuruldu
Kreml qürrələndiyi texnologiyasının sirrinin çözüləcəyinə görə təşviş düşüb
Böyük Britaniya və ABŞ silah mütəxəssisləri Ukraynanın Rusiyanın ən son hava hücumundan müdafiə qurğusundan sonra, aprelin 3-də Ukrayna hərbçilərinin İzyum yaxınlığında vurduğu Rusiyanın ən qabaqcıl “Su-35S” döyüş təyyarəsinin gizli uzaq mənzilli idarə etmə mexanizmini də təhlil etməyə başlayıblar.
Bu haqda Britaniyanın Express.co.uk nəşri məlumat yayıb. Təyyarənin qalıqları əvvəlcə Böyük Britaniyada tədqiq edilib, sonra isə perspektivli ilkin qiymətləndirmədən sonra ABŞ-a göndərilib.
Kağız üzərində guya NATO-nun gizli gözəgörünməz təyyarələrini 500 km-dən çox məsafədə aşkar etmək qabiliyyətinə malik olan sistem “F-35” ilə çoxlu oxşarlıqlara malikdir ki, bu da onun tam öyrənilməsini asanlaşdırır.
“... “SU-35S” sadəcə pilotsuz təyyarə deyil, o, mürəkkəb və çox inkişaf etmiş bir avadanlıqdır, onun hazırlanmasına onilliklər sərf olunub. Onun texnologiyası oğurlandıqdan sonra Rusiya üçün bu itkini bərpa etmək asan olmayacaq və əmin ola bilərsiniz ki, Böyük Britaniya və ABŞ-ın nə aşkar etməsindən asılı olaraq Moskva narahat olacaq”, - deyə Londondakı Kral kollecinin hərbi araşdırmalar departamentinin professoru Alessio Patalano bildirib.
NATO qüvvələrinin “SU-35S”in mürəkkəb daxili mexanizmlərini öyrənməsi perspektivi Rusiyada 47 belə qırıcısı olan hava qüvvələri komandirlərini dəhşətə gətirir.
Həmçinin Rusiyanın ən böyük müdafiə tərəfdaşı kimi 2015-ci ildə 24 döyüş təyyarəsi üçün 2 milyard dollarlıq müqavilə imzalayan Çin də narahatdır. Çinlilərin Rusiya gizli uçağının texnologiyasını özlərinin ən son “Chengdu J-20”yə uyğulama ehtimalı da var.
Gizli texnologiyanın itirilməsi Rusiyaya zərər verəcək. Bu, nəinki sistemləri NATO-nun əks tədbirlərinə qarşı müdafiəsiz qoya, həm də Rusiyanın mühüm gəlir mənbəyi olan qırıcının gələcək satışlarını təhlükə altına ala bilər...