vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
11:09 | 18 aprel 2022 | Bazar ertəsi Məqaləyə 1234 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrandan İsrailə xəbərdarlıq

İbrahim Rəisi nəyə qəzəblənib?

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın sərt xətt tərəfdarı prezidenti İbrahim Rəisi xəbərdarlıq edir ki, İsrail İslam respublikasına qarşı addım atarsa, silahlı qüvvələri onu hədəfə alacaq.

“İran dövlətinə qarşı ən yüngül hərəkət etsəniz belə, sionist rejimin mərkəzi silahlı qüvvələrimizin hədəfinə çevriləcək”, – bu sözləri İbrahim Rəisi aprelin 18-də İran silahlı qüvvələrinin paradında çıxış zamanı İsrailə müraciətlə deyib. O, həmçinin İsrailin hərəkətlərini “yaxından” izlədiklərini bildirib.

Tehran 1979-cu il İslam İnqilabından bəri İsraili tanımayıb, “Həmas” və “Hizbulla” kimi anti-İsrail, terrorçu qruplaşmalarını dəstəkləyir.

Tehran İsraili nüvə obyektlərinə sabotajda, nüvə alimlərinin qətlində ittiham edir.

İsrail İranın dünya gücləri ilə nüvə sazişinə qarşı çıxır, bu sazişin İranın nüvə proqramını, regionda hərbi fəaliyyətini yetərincə məhdudlaşdırmadığını deyir. İsrail bildirir ki, heç bir saziş ona məhdudiyyət qoya bilməz, İranın nüvə obyektlərinə qarşı təkbaşına addım ata bilər.

Tehran və bir sıra ölkələr 2015-ci il nüvə paktını dirçəltməyə çalışırlar. Amma Vyanada keçirilən danışıqlar son həftələr dayanıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dörd il öncə nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib. O vaxtdan İran da nüvə fəaliyyətini genişləndirib, amma nüvə silahı hazırlamaq planı olmadığını deyir.