ABŞ Rusiyanın “G-20”dən çıxarılmasını istəyir
ABŞ maliyyə naziri Ukrayna hökumət başçısı ilə görüşəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
Maliyyə naziri Canet Yellen bu həftə Vaşinqtonda Ukrayna Baş naziri Denis Şmihalla görüşməyi planlaşdırır, amma o, tədbirin bir neçə hissəsində virtual olaraq iştirak etməyi planlaşdıran Rusiya rəsmiləri ilə əlaqə qurmaqdan yayınacaq.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz iclaslarının diqqət mərkəzində Rusiyanın Ukraynaya müdaxiləsi və dünya qüdrətlərinin ərzaq təhlükəsizliyi də daxil olmaqla iqtisadiyyatlara təsirləri necə idarə etməli olduqları olacaq.
Yellen çərşənbə axşamı maliyyə nazirləri, beynəlxalq inkişaf bankları və başqa qurumlardan ibarət paneli bir araya gətirəcək və onlar resurslardan ərzaq təhlükəsizliyinə qarşı mübarizədə necə istifadə edəcəklərindən bəhs edəcəklər.
Builki iclas cümə gününədək davam edəcək və həm virtual həm də üz-üzə görüşlərdən ibarət olacaq.
Adının anonim qalması şərtilə danışan ABŞ Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisinin dediyinə görə, Rusiyanin maliyyə nazirlərinin bir neçə tədbirdə virtual olaraq istirak edəcəkləri gözlənilir.
Yelen rusiyalı nazirin olduğu bir və ya iki sessiyaya qatılacaq, amma hər təsbirdə iştirak etməyəcək. O əlavə edib ki, Rusiya rəsmilərinin iştirakı ABŞ-ın dünyanın ən böyük iqtisadiyyatlarından ibarət Böyük İyirmilər qrupunun (“G-20”) üzvləri ilə görməli olduğu işə əngəl olmamalıdır.
Nazirin, Ukrayna maliyyə nazirinin də iştirak edəcəyi açılış mərasimi daxil olmaqla, qatılacağı bəzi sessiyalar olacaq. Ancaq o, ruslar iştirak etdikləri təqdirdə Böyük İyirmilərin bir çox tədbirlərində iştirak etməyəcək.
Prezident Co Bayden deyib ki, Rusiya “G-20”dən çıxarılmalıdır.
Yellenin buhəftəki görüşlərdə müttəfiqləri ilə Rusiyaya iqtisadi təzyiqləri artırmaq, eyni zamanda isə bunun başqa ölkələrə təsirlərini azaltmaq səyləri üzərində işləyəcəyi, qlobal minimum vergi sazişinin həyata keçirilməsinə çağırış edəcəyi və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcəyi gözlənilir.
Bundan əlavə Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bu həftə kənd təsərrüfatı mallarının ticarətinin Rusiyanın Ukraynaya təcavüzünün səbəb olduğu ərzaq təhlükəsizliyi böhranına cavab olaraq kənd təsərrüfatı məhsullarının ticarətinin mövcud sanksiyalar altında qadağan edilmədiyini aydınlaşdırmaq üçün bir mətn yayacağı gözlənilir.
Dünya Ərzaq Proqramının məlumatına görə, 2020-ci ilə 55 ölkədə təxminən 155 milyon insan kəskin aclıqla üzləşib. Bu, bir il öncə ilə müqayisədə 20 milyon daha çox insan deməkdir.
Maliyyə nazirinin müavini Valli Adeyemonun bu həftə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşü planlaşdırılıb.
Bazar ertəsi Piterson Beynəlxalq İqtisadiyyat İnstitutunda müzakirə zamanı Adeyemo ABŞ-ın Çinin Rusiyaya Ukraynaya müdaxiləsinə qon qoymasına təzyiq göstərməsi və beləliklə ikinci dərəcəli sanksiyalardan yayına bilməsi üçün son şansının olduğuna dair mövqeyini təkrarlayıb.
“Çin keçmişdə bizim və koalisiyanın təqdim etdiyi sanksiyalar rejiminə əməl edib və biz onların əməl etməyə davam etməsini gözləyirik”, Adeyemo deyib.
“Çinin dünyanın qalan hissəsi ilə apardığı biznes Rusiya ilə apardığı biznesdən daha böyükdür”.
ABŞ və müttəfiqləri sanksiyalardan Ukraynadakı müharibəsi səbəbilə qlobal iqtisadiyyatı Rusiyaya qarşı silahlandırmaq üçün istifadə ediblər. Yellen ötən həftə Atlantika Şurasında çıxışı zamanı deyib ki, hələ ki, sanksiyaları ləğv edən bir ölkə yoxdur, amma müttəfiqlər arasında Qərbin səylərini tənqid edən Çinin bunu edəcəyinə dair narahatlıq var.
Bundan əlavə Rusiya-Ukrayna müharibəsində neytral mövqe sərgiləyən və bu yaxınlarda, Rusiyadan neft alan Hindistan da narahatlıq doğurur. ABŞ Moskvanın enerji gəlirini kəsməyə çalışdığı üçün isə bu, gərginlik yaradıb.