vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
09:32 | 22 aprel 2022 | Cümə Məqaləyə 940 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pribaltikalı diplomatlar qovulur

Sankt-Peterburq və Pskovdakı konsulluqlar bağlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Latviya, Litva və Estoniyanın ölkənin müxtəlif bölgələrindəki konsulluqlarını bağladığını və üç bu Baltikyanı ölkənin Moskvaya qarşı son diplomatik addımlarına cavab olaraq işçilərinin ölkəni tərk etmələrini tələb etdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin aprelin 21-də yaydığı bəyanatda deyilir ki, Riqaya Latviyanın Sankt-Peterburq və Pskovdakı konsulluqlarının, Tallinə Estoniyanın Sankt-Peterburqdakı konsulluğunun və Pskovdakı ofisinin, Vilnüsə Litvanın Sankt-Peterburqdakı konsulluğunun bağlanmalı olduğu barədə məlumat verilib.

Bu açıqlama Latviya və Estoniyanın Rusiyanın Ukraynaya davam edən əsassız işğalı ilə əlaqədar Rusiya konsulluqlarının bağlanması, Litvanın isə Moskvanın Kiyevə təcavüzünə görə Rusiyanın səfirini ölkədən çıxarmasından bir neçə gün sonraya təsadüf edir.

Moskva Ukraynaya təcavüzlə bağlı Rusiya diplomatlarını ölkələrindən qovan Avropa İttifaqı üzvlərinə qoşulan Latviya, Litva və Estoniyanın 10 diplomatını ölkədən mart ayında çıxarmışdı.

Aprelin 21-də Estoniya Rusiyanın Ukraynadakı müharibəsinin tərəfdarlarının istifadə etdiyi "Z" və "V" simvollarının nümayişini qadağan edən Latviya və Litvaya qoşulub.

Estoniya və Latviya qanunvericiləri də aprelin 21-də Rusiyanı Ukrayna xalqına qarşı soyqırımda ittiham edən qətnamələr qəbul edib.