vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
18:50 | 25 aprel 2022 | Bazar ertəsi Məqaləyə 475 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyanın 40 diplomatı qovulur

“Persona non-qrata” növbəsi Moskvaya çatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Rusiya Almaniyanın 40 diplomatını “persona non-grata” elan edib. Nazirlik bu addımı Almaniya hökumətinin aprelin 4-də Rusiyanın 40 diplomatını ölkədən çıxarmaq qərarına “simmetrik cavab” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında “Rusiya tərəfi Almaniya Federativ Respublikasının xarici işlər naziri A.Burbokun verdiyi bəyanatı qəbuledilməz hesab edir ki, Almaniya hökuməti bu addımı adı çəkilən işçilərin Almaniya cəmiyyətinin birliyini pozmaq, Almaniyanın azadlığına xələl gətirmək və ya Ukraynada baş verənlərlə bağlı eyhamlar kimi ifadələrinin tamamilə qəbuledilməz hesab edir” deyilib.

Annalena Burbok daha əvvəl demişdi ki, Rusiya diplomatları hər gün azadlığa və ictimai birliyə qarşı işləyir. O, həmçinin Kiyev yaxınlığındakı Buça şəhərinin küçələrində ölənlərin fotoşəkillərinin Rusiya rəhbərliyinin ukraynalılara qarşı inanılmaz qəddarlığından danışdığını bildirmişdi.

Rusiya hərbçiləri tərəfindən bir aya yaxındır işğal altında olan Kiyev vilayətinin Buça şəhərində mülki əhalinin qətliamlarını əks etdirən foto və video sübutlarının nümayişindən sonra Rusiya diplomatları dünya boyu kütləvi şəkildə qovulmağa başlayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra diplomatların ölkədən çıxarılması qərarını onların diplomatik ünsiyyət və böhran şəraitində işləmək imkanlarının daralması ilə izah edib.