vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
11:29 | 26 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bir həftə qalıb”

BMT-də İranın nüvə silahına sahiblənməsi ilə bağlı xəbərdarlıq

CAVİDAN

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan İranın atom bombası əldə etmək cəhdindən danışıb. Səfir bu ölkənin atom bombası əldə etmək üçün bir neçə həftəyə ehtiyacı olduğunu deyib.

“Hal-hazırda İranın qabaqcıl sentrifuqaları fəaldır və ayətullahlar rejiminin nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olmasına cəmi bir neçə həftə qalıb”, – deyə, səfir xəbərdarlıq edib.

Qedy edək ki, İsrail hökuməti beynəlxalq ictimaiyyətin İslam Respublikası ilə imzaladığı nüvə sazişinə qarşıdır və danışıqların Tehranın nüvə silahına yiyələnməsinin qarşısını alacaq bir vasitə kimi görmür.

İran hökuməti 2018-ci ildə nüvə proqramını bərpa edib.

Bayden administrasiyası Amerikanın 2015-ci il sazişinə yenidən qoşulmasını Vaşinqtonun milli maraqlarına uyğun hesab edir.

İsrailin BMT-dəki səfirinin xəbərdarlığı ilə eyni vaxtda Amerika prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennet telefonda ümumi bölgəsəl və qlobal məsələlər, o cümlədən “İran və onun proksi qruplaşmalarının təhdidləri” barədə danışıblar.

Bennetin ofisindən bildirilib ki, o, Baydenlə Tehranın SEPAH-ı terrorçu qruplar siyahısından çıxarmaq istəyi haqda danışıb.

Bennet İsrailin əsl dostu olan Baydenin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısından çıxarılmasına icazə verməyəcəyinə əminliyini bildirib.

“İsrail bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib: SEPAH  dünyanın ən böyük terror təşkilatıdır”, - deyə o əlavə edib.