vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
13:16 | 28 aprel 2022 | Cümə axşamı Məqaləyə 879 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mayın 1-də rus zəhmətkeşlərə “müjdə”

Rusiyada işçiləri ödənişsiz məzuniyyətə göndərirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Hesablama Palatasının sədri Aleksey Kudrin Dumada çıxış edərkən bu il inflyasiya 20,7 faiz, gələn il isə kifayət qədər böyük olacaq deyərək diqqəti büdcəyə cəlb edib. O Rusiya hökumətinin bu il büdcə qaydasından imtina edərək strateji qərar verdiyini xatırladıb: “Bu, o deməkdir ki, əvvəllər Milli Rifah Fonduna (NWF) daxil olan bütün neft və qaz gəlirləri xərclənəcək. Əgər baza proqnozundan çıxsaq, iqtisadiyyatı dəstəkləmək üçün 6,3 trilyon rubl (təxminən 84 milyard dollar) xərclənəcək”.

Məsələ burasındadır ki, Rusiya neft-qaz gəlirlərindən proqnozlaşdırdığı 84 milyard dolları qazanmaqda çətinliklərlə üzləşib. Belə ki, neft satışı mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb, “Gazprom” da qaz hasilatını 4 faiz azalacağını proqnozlaşdırıb, kömür satışı da kəskin aşağı düşüb. Düzdür bütün bunlar dünya bazarında hər 3 enerji daşıyıcılarının, xüsusilə də kömürün qiymətini kəskin artırıb. Ona görə də Cənubi Afrikadan Avropaya üzən gəmilərin əksəriyyətində kömür daşınır.

Bundan əvvəl Dumada çıxış edən Rusiya Bankının sədri Elvira Nabiullina ölkənin daxili resurslarının 2-ci rübün sonu və ya 3-cü rübün əvvəlində tükənəcəyini elan etmişdi. 

Hazırda sanksiyalardan ən çox əziyyət texnoloji məhsul və idxaldan asılı olan istehsal sektorlardır, onların sırasında müdafiə, kosmos, avtomobil, kağız, toxuculuq da vardır. Bu sektorda çalışan müəssisələr işçilərini ödənişsiz məzuniyyətə göndərirlər. Belələrinin sayı milyonlarladır və artmaqda davam edir.