vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
09:10 | 29 aprel 2022 | Cümə Məqaləyə 867 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Lend-Liz qanunu qəbul etdi

SSRİ-ni xilas edən layihə, Rusiyanı məhv edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 28-də əksər səs çoxluğu ilə Ukrayna üçün lend-liz qanununu qəbul edib. Bu qanun Ukraynaya ABŞ silahlarının verilməsi prosesini son dərəcə sadələşdirməlidir.

Qanun habelə Rusiya ilə müharibədə olan Ukraynaya ABŞ-ın hərbi və humanitar yardım yüklərinin fasiləsiz axınına şərait yaradacaq.

Sözü gedən qanunun lehinə 417, əleyhinə isə cəmi 10 millət vəkili səs verib.

Senat sözü gedən qanun layihəsini bundan əvvəl qəbul etmişdi. İndi qanunun prezident Co Bayden tərəfindən imzalanması tələb olunur.

Qanunda ABŞ-ın 2023-cü ilədək Ukraynaya və Şərqi Avropanın başqa ölkələrinə silah və sursat göndərməsini nəzərdə tutur.

Qanun Ukraynadan aldığı silahlar üçün əvvəlcədən ödəniş etməsini tələb etmir. Əslində lend-liz (lend-lease) ifadəsinin özü “icarə-kirayə” kimi tərcümə olunur.

Xəbər verilir ki, bu qanun Ukraynanın ABŞ-dan ən müasir silahlar almasına yol açır.

Buna baxmayaraq veriləcək silahların siyahısı daha sonra müəyyənləşdiriləcək.

Bundan əvvəl lend-liz qanunu tarixdə bircə dəfə - II Dünya Müharibəsi zamanı qəbul olunub.

O qanun Hitler Almaniyasına qarşı döyüşən Britaniya və ovaxtkı Sovet İttifaqına hərbi və humanitar yardımın göstərilməsini nəzərdə tuturdu.