vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
10:55 | 30 aprel 2022 | Şənbə Məqaləyə 1146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin parada tək olacaq

Mayın 9-dakı tərdbirə heç bir xarici dövlət başçısı dəvət olunmayıb, hətta Lukaşenko da ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvada mayın 9-da keçiriləcək hərbi parada xarici dövlət başçılarından heç kim gəlməyəcək. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bunu belə izah edib ki, “builki 9 may yubiley tarixi deyil" və buna görə də Kreml xarici liderləri parada dəvət etməyib.

Meduza saytı Peskova istinadən yazır ki, builki 9 maya heç Putinin müttəfiqi Alyaksandr Lukaşenka da dəvət olunmayıb.

Dmitri Peskovun izahatına rəğmən Kreml hər il “yubiley ili” olub-olmamasına baxmayaraq 9 may paradına dünya liderlərini dəvət edib.

***

Bu paradlardan ən mötəbəri 2005-ci ildə olub. O vaxt Rusiya II Dünya Müharibəsində qələbənin 60 illiyini qeyd edirdi.

Həmin ilin paradına ovaxtkı liderlər – ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Almaniya kansleri Gerhardt Şröder, Çin lideri Hu Tzintao, İtaliyanın və Yaponiyanın baş nazirləri Silvio Berluskoni və Cuniçiro Koyzumi gəlmişdilər.

Qələbənin 70-ci ildönümü 2015-ci ilə, Rusiyanın Krımı qanunsuz ilhaq etməsindən bir il sonraya təsadüf etmişdi.

Qərb ölkələrinin liderləri bu parada dəvətdən imtina etmişdilər.

Buna baxmayaraq demək olar hər ilin 9 mayında Qırmızı meydanda keçirilən paradlarda xarici liderlərdən kimsə iştirak edib.

Məsələn ötən il Moskva paradına yalnız Tacikistan prezisdenti Emomali Rahmon gəlmişdi.

Xəbər verilir ki, bu il keçiriləcək 9 may paradında 11 min hərbçi iştirak edəcək.