vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
00:40 | 8 may 2022 | Bazar Məqaləyə 612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin yerinə kimə qoyacaq?

Qəddar Patruşevi, yoxsa asan idarə olunan, tikansız Mişustini

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər mətbuat Rusiya prezidenti Vladimir Putinin on ildən bəri düçar olduğu xəstəliyin kəskinləşməsi ilə bağlı mütləq şəkildə əməliyyata alınacağı və təbii ki, bu səbəbdən zamanı gəlincə səlahiyyətlərini qısa müddətə də olsa ətrafındakı yaxın adamlarından birinə həvalə edəcəyi bildirilir. Ən çox adı vurğulanan RF təhlükəsizlik şurası katibi N. Patruşevdir. Məlum olduğu kimi, Patruşev, Piter klanına aiddir, eks FSB direktoru, bu orqanın generalıdır. Putinin ən çox güvəndiyi şəxslərdən biridir. Olduqca qəddar, amansız biri kimi ad çıxarıb. Hazırda oğlu da kabinetdə nazir vəzifəsi tutur.

Digər az qisim müşahidəçilər konstitusiyaya uyğun, belə halın yaranacağı halda baş nazir M. Mişustinin prezident səlahiyyətlərini icra edəcəyini bildirirlər. Məndə bu versiyaya üstünlük verərdim.

1996-cı ildə, prezident seçkilərdən  sonra Boris Yeltsin ürək əməliyyatına alındı. Bir neçə saatlıq səlahiyyətini o dövrdəki baş nazir Çernomırdinə verdi, narkozdan ayılan kimi səlahiyyətini geri istədi. Oxşar quruluşa ( əsasən MDB) malik dövlətlərin hamısında bu qayda gözlənilir, əks halda təbii ki, dünya institutları mövcud vəziyyətlə barışmaya bilər. ( yalnız Türkmənistanda Berdiməhəmmədov ölkəsində ikinci şəxs olan parlament sədrini həbsə aldırdı, baş nazir kimi prezdent kürsüsünə oturdu, yenə konstusiya gözlənildi) Bəs onda bu Patruşev söhbəti nədir? Zənnimcə 24 fevralda Ukraynaya qarşı başlanan hərbi əməliyyatların birinci növbədə məhz FSB generallarının səhvi ucundan fiaskoya uğraması, Putində doğma təşkilatına ümidsizlik yaratdı, qurumun bir çox yetkililəri cəzalandırıldı. Müdafiə Nazirliyinə isə güvən artdı. Amma son əməliyyatlarda əsaslı irəliləyişlərin olmaması, həmçinin “ Moskva” kreyserin taleyi  yenidən FSB ulduzunun parlamasına, Putinin ona güvənin artmasına səbəb olub. Zatən bu iki qurum arasında daima mübarizə gedib. Amma SSRİ vaxtı bütün rəhbərliyi əlində cəmləşdirən kommunist partiyası, bu ziddiyyətin dərinləşməsinə imkan vermir, balans yarada bilirdi. İndi isə KPSS yoxdur. Hər şeyi prezident və aparatı nizamlamalıdlr. Hər halda Putin dəlisov kimi görünsə də, axmaq deyil. Mənsub olduğu təşkilatın nələrə qadir olduğunu yaxşı bilir. Ona görə də daima FSB-ni tumarlasa da, onun generalına hakimiyyət etibar etməz.

Mişustin isə əsil özü istəyəndi. (Elə bizim Artur müəllim kimi) İntriqadan uzaq, tikansız, hamı ilə yola gedən, asan idarə oluna bilən məmurdur. Həmçinin mütəxəssislərin bildirdiyi kimi, dünyanın çox ciddi iqtisadi basqıları altında, Baş nazir və Mərkəzi Bank rəhbərinin ölkə iqtisadiyyatını idarə edə bilməsi, heyranlıq doğurur. İqtisadi vəziyyəti hələ ki, nisbətən sabit saxlaya bilmək, əsasən bu iki şəxsin xidmətidir.

Digər tərəfdən ölkə düzəninin əsas strukturu vilayət qubernatorları, daima baş nazirlə təmasda olur, federal büdcədən ala bildiklərini baş nazirdən alırlar, çünki bu işə aparat deyil, nazirlər kabineti baxır. Onlarda yəqin ki, “dolyalarına” daima şərik çıxan FSB-lə deyil, baş nazirlə işləməyi üstün tutarlar. Çox güman ki, buna qərb dünyası da sıcaq baxacaq. Çünki digər qaniçənlərdən fərqli olaraq Mişustinin elə bir günah işlətməsi barədə məlumatlar səslənməyib.

Putinin xəstəliyi ilə bağlı söhbətlərin çox böyük vüsət alması, elə Rusiya prezidentinin öz fəndi da ola bilər. Qədim zamanlardan padşahlar belə üsuldan istifadə edib, bir qədər sabitlik yaranmasını,  kimin kim olduğunu ayırd edə biliblər. Necə deyərlər yaşayarıq, görərik...