vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
23:19 | 8 may 2022 | Bazar Məqaləyə 969 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin “Qırmızı meydan”da nə deyəcək?

Rusiya 9 mayı ilk dəfə heç olmadığı qədər çətin qeyd edəcək

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam nail ola bilmir, lakin Putin “Qırmızı meydan”da hərbi parad zamanı hesabat verməlidir: həm rus ictimai rəyinə qələbə xəbərləri çatdırmalı, həm də hələ də “güclü” olduğunu nümayiş etdirməlidir.

Putinin 9 may çıxışı ilə bağlı üç ana versiya irəli sürülür:

- Ukraynaya rəsmi şəkildə müharibə elan edəcək;

- Ümumi səfərbərlik elan edəcək;

- Donbasın ilhaqını bildirəcək.

Birinci versiya Rusiyanın işğal hücumunu “xüsusi əməliyyat” adlandırması fonunda zəif görünür: 

- Moskva Qərblə körpüləri yandırsa da, beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə bağları tamamilə qoparmaq istəmir, xüsusilə postmüharibə dövründə hazırki vəziyyətin dəyişə biləcəyi ehtimalını da nəzərdən keçirir, bu baxımdan, “Donbas xalqının xilası” iddiasında maraqlıdır;

- Rusiya Ukraynanın hazırda işğal etmək istədiyi cənub və şərq bölgələrində “kvazidövlətlər” yaratmaq, ən azı ilkin mərhələdə bunu həyata keçirmək niyyətindədir;

- Ukraynaya müharibə elan etmək iki aydır davam edən döyüşlərdə məğlubiyyətin rəsmi şəkildə etirafı deməkdir.

İkinci versiya Rusiya ictimaiyyətində təşvişin və narazılığın yaradılmaması baxımından zəif görünür: Putin ilk gündən müharibədə xüsusi hazırlıq keçmiş hərbçilərin iştirak etdiyini elan edib və ümumi səfərbərliklə özünü təkzib etmiş olar. Səfərbərlik eyni zamanda, çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatında xaotik vəziyyət yarada bilər.

Reallığa müəyyən qədər yaxın olan versiya üçüncü – Donbasın ilhaqının elan edilməsidir, hərçənd, buna da nail ola bilməyiblər və Putin özü “Azovstalı mühasirəyə alın” əmri ilə bunu etiraf etmiş oldu. O baxımdan, Putinin nə deyəcəyi, yaxud hansı iddia ilə çıxış edəcəyi sual olaraq qalır. 

Lakin bəllidir ki, Rusiya 9 mayı ilk dəfə heç olmadığı qədər pis və çətin qeyd edəcək.