Daha 150 milyonluq silah
Bayden Ukraynaya əlavə yardımı elan edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
Prezident Co Bayden cümə günü ABŞ-ın Ukraynanın Rusiyanın hərbi müdaxiləsinin qarşısını almaq üçün apardığı mübarizəyə yardım məqsədilə 150 milyon dollar dəyərində yeni silah paketini açıqladı.
“Mən Ukraynanı əlavə artilleriya sursatları, radarlar və digər avadanlıqlarla təmin edəcək yeni təhlükəsizlik yardımı paketini elan edirəm,” Bayden deyib və xəbərdarlıq edib ki, maliyyə vəsaiti tükənməyə yaxındır. O, Konqresi daha çox vəsaiti təsdiqləməyə çağırıb.
ABŞ-ın yüksək vəzifəli rəsmisinin bildirdiyinə görə, paketə 25 min ədəd 155 mm-lik artilleriya mərmiləri, düşmən atəşinin mənbəyini aşkar etmək üçün istifadə edilən artilleriya əleyhinə radarlar, düşmən radarlarına müdaxilə edən siqnallar yayan avadanlıqlar və ehtiyat hissələri daxildir.
Belə görünür ki, artilleriya mərmiləri bu yaxınlarda Ukraynaya göndərilən ABŞ-ın haubitsaları üçün nəzərdə tutulub.
Dövlət katibi Entoni Blinken deyib ki, cümə günü açıqlanan yeni yardım paketi ilə birlikdə Bayden administrasiyasının Rusiya fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri Ukraynaya göndərdiyi silahların, o cümlədən ağır artilleriya, Stinger daşınan zenit-raket kompleksi və dronların ümumi dəyəri 3.8 milyard dollara çatıb.
Bundan əlavə cümə günü açıqlanan paketlə Ukrayna üçün daha öncə təsdiqlənən 250 milyon dollarlıq vəsait tükənmiş olacaq. Bayden Konqresə Ukrayna üçün nəhəng 33 milyard dollarlıq yardım paketini təsdiq etməsi üçün təzyiq göstərir. Bu paketə 20 milyard dollar dəyərində hərbi yardım daxil olacaq və o, beş ay üçün nəzərdə tutulacaq.
Bayden və Böyük Yeddilərin digər liderləri, habelə Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü virtual görüş keçirərək Qərbin Prezident Vladimir Putinin hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstəyini müzakirə edəcək.
“Birləşmiş Ştatlar” Ukraynaya sürətli şəkildə Ukraynaya tarixi miqdarda təhlükəsizlik yardımı göstərib. Biz Konqresin təsdiq etdiyi silah və avadanlıqları birbaşa Ukraynada azadlığın ön cəbhəsinə göndəririk,” Bayden açıqlamasında deyib.
Lakin Bayden deyib ki, hazırkı maliyyə vəsaiti “demək olar tükənib” və “Ukraynanın müvəffəq olması üçün” Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynaya fasiləsiz silah və sursat axınını təmin etməlidirlər.”
“Konqres tez bir zamanda Ukraynanı döyüş meydanında və danışıq masasında gücləndirmək üçün tələb olunan maliyyəni təmin etməlidir,” o deyib.