«Dəyməz!»
Obama Putinə telefon açdı, Rusiya prezidenti bir saatlıq söhbətə tək kəlmə ilə nöqtə qoydu, bütün dünya Krıma görə ayaqda
Aygün MURADXANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
Rusiya ilə Ukrayna arasında diplomatik münasibətlər kəsilib. Bu haqda mediaya Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin xəbər verib. Çurkinin sözlərinə görə, Moskva yeni Ukrayna hökumətini legitim saymadığı üçün belə bir qərar verib. Bu barədə «Yeni Müsavat» qəzeti yazıb.
Rusiya qoşunlarının Ukraynaya girməsinə icazə verən Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko isə bildirib ki, Rusiya Ukrayna ilə savaşa başlamayacaq. Unian.net-in Moskva bürosu bildirir ki, Matviyenko belə bir açıqlama ilə özünü Krım Muxtar Respublikasının baş naziri elan edən Sergey Aksenovla görüşündə çıxış edib.
«İndi Rusiyanın Ukraynaya savaş elan edəcəyini bildirib xof yaradırlar. Ancaq bunların heç bir əsası yoxdur. Bu məsələdə təhrikçilər olsa da mən bu iki qardaş xalq arasında savaş olmayacağına əminəm».
Valentina Matviyenko danışıqlar zamanı Krımın Ukraynaya birləşdirilməsinə tərəfdar olduğunu da bildirib: «Krım parlamenti xalqın öz müqəddəratını təyinetmə hüququ üçün ən doğru variantı seçərək referenduma qərar verib. Mən Rusiyanın bütün regionlarının maraqlarını müdafiə edən yuxarı palata adından bildirirəm ki, əgər Krım xalqı referendumda Rusiyaya birləşmək qərarı versə, biz bu addımı dəstəkləyəcəyik».
Ukrayna Ali Radasının sədri və prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Krım ərazisində referendumun qadağan edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə bildirilir ki, Ukrayna Konstitusiyası muxtar vilayətə müstəqil şəkildə referendum keçirmək hüququ tanımadığı üçün separatçı qüvvələrin təşkilatçılığı ilə keçirilən referendum heç bir hüquqi qüvvə daşıya bilməz: «Biz Krım Parlamentini buraxmaq haqqında qərarı yaxın günlərdə müzakirəyə çıxaracağıq. Biz öz ölkəmizin toxunulmazlığını və suverenliyini qoruyacağıq. Krım ərazisində yaşayan vətəndaşlarımızın Kiyevin bu addımlarını tam dəstəkləyəcəyinə əminəm».
ABŞ dövlət katibi Con Kerri də martın 16-da Krımda referendum keçirilməsinə heç bir hüquqi əsas olmadığını və nəticələrin bəri başda tanınmadığını dilə gətirib.
ABŞ isə artıq Rusiyaya qarşı sanksiyalara başlayıb. Rəsmi Vaşinqtonun qərarı ilə Ukraynanın ərazisi bütövlüyünə təhlükə yaratmaqda məsul bilinən şəxslər ABŞ ərazisinə buraxılmayacaq.
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə bir saatdan artıq davam edən telefon söhbətində də Ukraynadakı hadisələri müzakirə edib. Obama rusiyalı həmkarına təklif edib ki, qoşunlarını Krımdan çəkərək Ukrayna ilə danışıqlara başlasın və yarımadaya beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə şərait yaratsın. Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, Obama gərginliyi diplomatik yolla aradan qaldırmaq şanslarının tüklənmədiyini deyib: «Rusiya ilə Ukrayna arasında razılıq əldə olunması üçün Rusiya və Ukrayna rəhbərləri beynəlxalq vasitəçilərin yardımı ilə birbaşa danışıqlar keçirməli, beynəlxalq müşahidə missiyaları gərginlik nöqtələrində bütün Ukrayna vətəndaşlarının, eləcə də etnik rusların təhlükəsizliyini təmin etməli, Rusiya qoşunları öz bazalarına dönməli, beynəlxalq birlik isə Ukraynaya may ayından seçkilər keçirmək üçün dəstək verməlidir».
Vladimir Putin Barak Obamaya cavabında «ABŞ-Rusiya münasibətlərini beynəlxalq konfliktlərə görə korlamağa dəyməz» deyib.
«Rusiya Federasiyasının prezidenti Vladimir Putin Krımdakı silahlı dəstələrin Rusiyaya aid olmadığını bildirəndən sonra həmin qüvvələri bandit qruplaşması elan etmək, onları tərksilah edərək Krım ərazisindən çıxarmaq lazımdır». Bu sözlər isə Ukrayna Müdafiə Nazirliyinin Silah və Hərbi Texnikanın alışı şöbəsinin müdiri Vladimir Qrekin sözləridir.
V.Qrekin fikrincə, Rəsmi Kiyev bu şəxslərə qarşı dərhal antiterror tədbirləri çərçivəsində əməliyyatlara başlamalıdır.
Beynəlxalq Avropa Hərəkatının prezidenti, Avropa Parlamentinin üzvü Co Lyaynen Qərbin Rusiyaya qarşı sanksiyalarının bu ölkəni həm siyasi, həm də iqtisadi təcridə salacağın düşünür. Ötən gün Kiyevdə yeni hökumətin rəhbərləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Co Lyaynen deyib ki, Rusiyanın bütün beynəlxalq hüquq norma və prinsiplərini ayaq altına atması cəzasız qala bilməz: «Beynəlxalq birlik Rusiyanın qanunsuz davranışlarına çox dəqiq, ciddi və yekdil münasibət bildirməlidir».
Avropa Parlamentinin təmsilçidi deyib ki, əgər Rusiyaya qarşı sanksiyalar tətbiq edilməyə başlasa, Rusiya Ukrayna ilə bağlı siyasətini əhəmiyyətli dərəcədə mülayimləşdirməyə məcbur olacaq. Krımda vəziyyət ötən gün də gərgin olaraq qalıb. Krım tatarlarının liderləri əhalini davamlı olaraq provokasiyalardan kənar durmağa çağırsalar da yarımada hər an partlamağa hazır barıt çəlləyi kimidir. «Yeni Müsavat»ın Krım Tatar Məclisindən əldə etdiyi xəbərə görə, yerli əhali rusların etnik təmizləmə siyasəti yürüdəcəyindən ciddi ehtiyatlanır. Yarımadanın müxtəlif şəhərlərində yaşayan tatarların şəxsi evlərinin qarşısında əsgərlərin peyda olması, gecə saatlarında isə evlərin üzərinin qırmızı rənglə işarətlənməsi hər keçən an əhalinin təşvişini artırır.