vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ASİYA  
16:43 | 10 mart 2014 | Bazar ertəsi Məqaləyə 2144 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Özbək məmurlara yasaq

Ölkə başçısının imzaladığı sənədə görə, rəsmi şəxslərin xaricə səfərləri prezidentlə razılaşdırılmalıdır

Prezidentin razılığı olmadan məmurlara xaricə səfər etmək qadağan olunub. Avropa.info xarici mətbuata istinadən mətbuata istinadən xəbər verir ki, Özbəkistan prezidenti vəzifəli şəxslərin xaricə səfər etmək, ezamiyyətə getmək üçün xüsusi razılığın verilməsi ilə bağlı təlimat imzalayıb.

Ölkə başçısı İslam Kərimovun imzaladığı təlimata və qüvvədə olan qanunvericiliyə əsasən baş nazir və onun müavinləri, Senatın sədri və qanunvericilik palatasının spikeri, Ombudsman, baş prokuror, Mərkəzi bankın sədri və müavinləri, yerli icra strukturlarının rəhbərləri və digər məmurların xaricə səfərləri prezidentlə razılaşdırılmalıdır.

Bir az aşağı səviyyəli məmurlar isə səfərlərini Nazirlər Kabinetinin razılığı  ilə xarici ölkələrə səfər edə bilərlər.

Bundan əlavə olaraq, Konstitusiya Məhkəməsinin hakimləri və digər instansiya məhkəmələrinin hakimləri, rektorlar, prorektorlar, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanlarının, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əməkdaşlarının beynəlxalq səviyyəli tədbirlərdə iştirakı isə Prezident Aparatının müvafiq strukturları ilə razılaşdırılmalıdır.