vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
09:23 | 4 iyun 2022 | Şənbə Məqaləyə 698 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail İrana qarşı təkbaşına da hərəkət edə bilər

“Nüvə proqramının dayandırılması üçün özünümüdafiə hüququna malikdir”

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail iyunun 3-də BMT-nin nüvə gözətçisinə deyib ki, o İranın nüvə proqramı ilə bağlı problemin diplomatik həllinə üstünlük verir, lakin lazım gələrsə Tehrana qarşı təkbaşına da hərəkət edə bilər. “Reuters” agentliyi xatırladır ki, beləliklə də İsrail İrana qarşı önləyici müharibəyə başlaya biləcəyi barədə hədəsini bir daha təkrar edib.

İsrail tərəfindən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossiyə bu xəbərdarlıqdan əvvəl Qərb ölkələri BMT-ni İranın bəyan edilməmiş məntəqələrində aşkar edilmiş uran radiasiyası izləri ilə bağlı Tehrandan cavab tələb etməyə çağırmışdılar.

“Reuetrs” yazır ki, keçmiş prezident Donald Tramp 2018-ci ildə ölkəsini 2015-ci ilin nüvə sazişindən birtərəfli qaydada çıxardıqdan sonra, ABŞ-ın yeni administrasiyası bu razılaşmanı dirçəltmək üçün uğursuz cəhdlər edib.

***

ABŞ nüvə sazişindən çıxdıqdan sonra İran da bu saziş üzrə öhdəliklərindən geri çəkilib və uranın zənginləşdirilməsi proqramını daha da sürətləndirib.

Ekspertlər bildirirlər ki, bu proses İrana atom bombaları üçün yanacaq əldə olunması imkanı verə bilər.

İsrailin baş naziri Naftali Bennet ölkəsində səfərdə olan Rafael Qrossiyə deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hamilər şurası İrana aydın və birmənalı mesaj verməlidir.

İsrail baş nazirinin ofisindən iyunun 3-də verilmiş açıqlamada deyilir: “İsrail İrana nüvə silahları yaratmaq imkanı verilməməsində diplomatiyanı üstün tutur, lakin beynəlxalq birlik bu barədə ağlabatan zaman kəsiyində tədbir görə bilməsə, İsrail İranın nüvə proqramının dayandırılması üçün özünümüdafiə və hərəkət hüququna malikdir”.

***

Qrossi iyunun 3-də “Twitter”də yazıb ki, o Bennetə qlobal sülh və təhlükəsizlik naminə agentliyin qaydalarına və Nüvə Silahının Yayılmamasına dair Müqaviləyə (NPT) əməl edilməsinin zəruriliyini vurğulayıb.

İran NPT müqaviləsini imzalamış ölkələrdəndir. Lakin İsrailin nüvə silahına malik olması geniş ehtimal edilsə də, o bu müqaviləyə imza atmayıb.

NPT müqaviləsi onu imzalamış ölkələrə nüvə enerjisindən dinc məqsədlərlə istifadə imkanı yaradır.

İranın baş nüvə sözçüsü Əli Bageri Kani iyunun 2-də Norveçin NRK telekanalına demişdi ki, İsrail “yalnız yuxusunda” İrana hücum edə bilər: “Əgər onlar belə bir yuxudadırlarsa, bu yuxudan heç vaxt ayılmayacaqlar”.

İsrail bu həftə Aralıq və Qırmızı dənizlərin hövzəsində hava zərbələri və sualtı qayıq manevrləri keçirəcəyini elan edib.

“Reuters” yazır ki, bununla belə hərbi ekspertlər İsrailin Tehranın ölkə boyunca səpələnmiş və yaxşı müdafiə olunan nüvə qurğularına zərbə endirmək qüdrətini və bunun ardınca İran və müttəfiqlərinin başlana biləcək partizan müharibəsinə hazır olub-olmadığını sual edirlər.