vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
17:08 | 8 iyun 2022 | Çərşənbə Məqaləyə 582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail İrana qarşı tədbirləri sətləşdirilir

Naftali Bennet: “Tehran nüvə siyasətini davam etdirsə, bədəlini ağır ödəyəcək”

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin baş naziri Naftali Bennet ölkəsinin İranla bağlı strategiyasının yeni mərhələyə qədəm qoyduğunu deyib. O, Tehrana qarşı birbaşa fəaliyyətin gücləndiyini, beləliklə də İranın İsraili öz proksi qruplaşmaları vasitəsilə təhdid edə bilməyəcəyini açıqlayıb.

Baş nazir bu barədə İsrail parlamentinin Müdafiə və Xarici İşlər Komitəsinin iclasında çıxış edərkən deyib və son bir ildə İranın təhdidləri qarşısında İsrailin siyasətinin dəyişdiyini vurğulayıb.

“İranın bölgədəki proksi qruplaşmaları vasitəsilə İsrailə hücum etdiyi və terroru yaydığı toxunulmazlıq günləri arxada qalıb”, – deyə Bennet xəbərdarlıq edib.

İsrail rəsmisi, bununla yanaşı İranın nüvə təhdidi ilə bağlı da mövqeyini bildirib.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossinin İsrailə səfəri zamanı açıq şəkildə vurğulanıb ki, İranla nüvə anlaşmasının əldə edilib-edilməyəcəyindən asılı olmayaraq, İsrail lazım bildiyi müddətcə İranın nüvə proqramına qarşı fəaliyyət azadlığı hüququnu özündə saxlayacaq.

Beynəlxalq Agentliyi Qəyyumlar Şurasından Tehrana xəbərdarlıq edilməsini gözləyirik. Əgər İran itaətsizlik göstərdiyi nüvə siyasətini davam etdirsə, bunun bədəlini ağır ödəməli olacaq”, –  deyə, Bennet fikrini tamamlayıb.