vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
11:56 | 10 iyun 2022 | Cümə Məqaləyə 753 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər iki partiya “hə” dedi

Senat Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Senatı iyunun 9-da yekdilliklə Finlandiya və İsveçin NATO-ya qəbul edilməsini tezləşdirmək məqsədi ilə qətnamə qəbul edib.

Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş bildirib.

Onun sözlərinə görə, Komitənin bu qətnaməni qəbul etməsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına ikipartiyalı dəstəyin, alyansın gücləndirilməsinin vacibliyinin sübutudur.

“Finlandiya və İsveçin çoxəsrlik siyasi və hərbi ənənələri bu ölkələri hərbi-siyasi bloka qoşulmaq üçün ideal namizədlər edir. Yaxın vaxtlarda ABŞ Senatı bu ölkələrin köməyi ilə alyansın genişləndirilməsi ilə bağlı da qətnamə qəbul edəcək”, – Cim Riş bildirib.