Qeyri-rus millətlərə ekstremist damğası
Tatarların ən böyük milli təşkilatı Rusiyada qadağan olundu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Tatarıstanın Ali Məhkəməsi Ümumtatar İctimai Mərkəzini (ÜİM) ekstremist təşkilat kimi tanıyaraq qadağan olunması barədə hökm çıxarıb. Qərar dərhal qüvvəyə minib, lakin ondan şikayət verilə bilər. ÜİM-in ekstremist təşkilat kimi tanınması üçün hələ 2021-ci ilin yanvarında Tatarıstan prokurorluğu müraciət etmişdi.
Prokurorluğun ittihamnaməsində deyilirdi ki, təşkilatın bir sıra üzvləri 16-cı əsrdə Kazanın zəbt olunması zamanı həlak olmuş qurbanların xatirəsinə (Xəter köne – Xatirə günü) həsr olunan mitinqdə ekstremist bəyanatlar veriblər.
Prokurorluq bunu da iddia edirdi ki, təşkilatın Nizamnaməsində də ekstremizm əlamətləri var.
Bundan sonra dövlət məhkəmə ekspertləri prokurorluğun vəsatətini araşdıraraq bu nəticəyə gəlmişdilər ki, ÜİM Tatarıstanın Rusiyanın tərkibindən çıxmasına yönəlik təbliğat aparır.
2021-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi “ekstremist hərəkətləri ilə bağlı” ÜİM-in fəaliyyətini dayandırmışdı.
Elə həmin ay 15 oktyabr mitinqində ruslara qarşı düşmənçiliyin qızışdırılması ilə ÜİM-ə qarşı inzibati iş qaldırılmışdı.
***
Amma sözü gedən mitinqdə iştirakçılar Rusiya konstitusiyasına “dövlətyaradıcı xalq” müddəasının əlavə edilməsinə etiraz bildirirdilər.
Prezident Vladimir Putinin təşəbbüsü ilə konstitusiyaya edilmiş düzəliş və əlavələrdə “dövlətyaradıcı xalq” dedikdə rusların nəzərdə tutulduğu aşkar idi.
ÜİM tələb edirdi ki, Tatarıstan parlamenti Tatarıstanda tatarları “dövlətyaradıcı xalq” elan edən qanun qəbul etsin.
Prokurorluq təşkilatı rusları və tatarları “dövlətyaradıcı” və “müstəmləkə” xalqları adlandıraraq qarşı-qarşıya qoymaqda ittiham edirdi.
Məhkəmə bu məsələ ilə bağlı ÜİM-i 250 min rubl məbləğində cərimə edən hökm çıxarmışdı.
Siyasi ekspertlər deyirlər ki, Putin hakimiyyətə gəldikdən dərhal sonra regionlardakı milli qeyri-rusların muxtar hüquqlarının ləğvi siyasətinə başlayıb.
***
ÜİM-in lideri Fərid Zəkiyev ekstremizm ittihamlarını rədd edib və bildirib ki, məhkəmə qərarından şikayət veriləcək.
Ümumtatar İctimai Mərkəzi tatar milli hərəkatının ən tanınmış ictimai-siyasi birliyidir.
Təşkilat 1988-ci ildə yaradılıb. ÜİM 1990-cı illərin əvvəllərində Tatarıstana tam müstəqillik verilməsini tələb edirdi.
Lakin ÜİM son illərdə Tatarıstan Respublikasına xüsusi statusun verilməsini və tatar dilinin regionda dövlət dili kimi tanınmasını istəyirdi.
Təşkilatın rəhbəri Fərid Zəkiyev məhkəmənin qərarını “gözlənilən” adlandırıb və deyib ki, “bugünkü Rusiyada müstəqil təşkilatlar ola bilməz”.
Zəkiyev hazırda Rusiya xaricindədir.