vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
09:11 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 2759 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin üçüncü cahan savaşını törətmək ərəfəsində

Krımdan sonra Rusiya Şərqi Ukraynaya, Moldovaya, Baltikyanı ölkələrə, Cənubi Qafqaza qoşun yeritmək istəyir; bu isə artıq üçüncü dünya müharibəsinin xəbərçisidir; dünya «yeni Hitlerə» qarşı mübarizə aparmaq məcburiyyətindədir...

Azər RƏŞİDOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Putinin SSRİ-ni bərpa edəcəyinə hələ də inananlar var. Krıma işğalçı qoşunlarını yeritməklə Rusiya postsovet məkanında yeganə güc sahibi olduğunu nümayiş etdirir. Putin öz ağlasığmaz addımları ilə MDB məkanında və rusların yaşadığı bütün ölkələrdə rusafobiyanın inkişafına rəvac verir. Ukraynada rusların çoxluq təşkil etdiyi əraziyə qoşun yeritməklə, Kreml istənilən ölkədə yaşayan ruslardan «beşinci kolon» kimi istifadə etdiyini nümayiş etdirdi. Bu isə dünya xalqlarının ruslara münasibətini mənfiyə doğru dəyişir.

Lakin artıq xalqları zor gücünə imperiyanın tərkibinə daxil etmək mümkün deyil. Bu baxımdan, rus qoşunlarını işğala məruz qalan ölkələrdə heç kəs gül-çiçəklə qarşılamayacaq. Bu isə rus qoşunlarının dinc əhaliyə atəş aça biləcəyi anlamına gəlir. Qərb heç bir halda rusların işğalçılıq siyasətinə uzun müddət göz yuma bilməz. Odur ki, rusların qoşun yeritdiyi bütün bölgələr bir döyüş poliqonuna çevrilə bilər.

Putin irrasional düşüncəli tipik rus hökmdarıdır. Kreml ram etmək istədiyi ölkələrlə artıq siyasi oyunlar da oynamır. Quldurcasına basqınla bütün problemləri həll etmək niyyəti güdür. Krımdan sonra Rusiya Şərqi Ukraynaya, Moldovaya, Baltikyanı ölkələrə, Cənubi Qafqaza qoşun yeritmək istəyir. Bu isə artıq üçüncü cahan savaşının xəbərçisidir.

Qərb Rusiyanı iqtisadi yollarla diz çökdürmək niyyətindədir. Lakin problem ondadır ki, dünya sərsəm, ağılsız, irrasional və böyüklük maniyasından əziyyət çəkən «yeni Hitlerə» qarşı mübarizə aparmaq məcburiyyətindədir. Krımı, başqa bölgələri silah gücünə ilhaq etmək niyyətində olan Putin anlamaq belə istəmir ki, bu addımlar bütün dünyada ruslara qarşı nifrəti və millətçilik hisslərini gücləndirir.

Putin kobud səhvləri ilə Rusiyanı məhvə sürükləyir.

MDB məkanında münaqişələrin yaranması və rusların problemləri silah gücünə həll etmək cəhdləri bu bölgələrə NATO qoşunlarının gəlməsi ilə sonuclana bilər.

Rusiya Ukrayna, Moldova, Latviya, Litva və Estoniyanı, habelə Polşanı işğalla hədələyir. Bir sözlə, «rus kabusu» yenidən Avropa səmasında dolaşmağa başlayıb.

Nəzəri baxımdan, Krım münaqişəsi dinc yolla tənzimlənə bilər. Lakin artıq dünya ağlını itirmiş Putinlə hər hansı bir danışığın perspektivinə inanmayacaq.

İmpulsiv, irrasional, primitiv bir sima olan Putin bütövlükdə rus xalqına deyil, bir qrup başıpozuq gənc quldura söykənir. Bu isə onun manevr imkanlarını xeyli dərəcədə daraldır.

Putin liberal düşüncəli insanlarla işləmək istəmir. Onun ətrafı və sosial bazası qaraguruh xuliqanlardan ibarətdir. Son addımları ilə Putin onu hakimiyyətə gətirən, iqtisadi və siyasi islahatların qarşısını alan qrupların da maraqlarına zərbələr endirmiş oldu. Lakin emosional Putin bir məsələyə diqqət yetirmir - son illər ərzində Rusiyada neft gəlirləri orta təbəqənin formalaşmasına səbəb olub. Məhz «orta təbəqə»nin kimin yanından yer alması siyasi liderin taleyini həll edir. Bu təbəqənin maraqları nəzərə alınmayacaqsa, Rusiyada Putin əleyhinə çıxışların artacağını təxmin etmək olar.

Məsələ ondadır ki, Putin ölkənin problemlərini «dəmir əl ilə» həll etmək niyyətindədir. O, imperiyanı da bərpa edə biləcəyini düşünür.

Lakin unutmaq olmaz ki, «əbədi Putin» artıq hamını bezdirib və «əbədi Vladimirin» hegemonluğundan bezənlərin sayı durmadan artır.

İqtisadi baxımdan çabalayan Rusiyanın neft və qazdan asılı olması onun vəziyyətini daha da qeyri-müəyyən edir.

ABŞ-la açıq münaqişə də Rusiyaya uğur gətirə bilməyəcək. Dünyanın tək super gücü ilə danışmağın dalaşmaqdan daha yaxşı olduğunu Putin də dərk edir. Lakin irrasionallıq ona soyuqqanlı olmamağı tövsiyə edir.

Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi baxımdan əziyyət çəkən təbəqənin gələcəkdə Putinin əleyhinə təşkil olunacaq «məxməri inqilabda» iştiraka üstünlük verəcəyi gözlənilir.

Lakin Putin bundan narahat olmur. Beləliklə də, «millətçilik əclafların son sığınacağıdır», deyimi Rusiya üçün yenə də aktuallaşır.

Rusiyada yenidən faşizm küləkləri əsməkdədir.

Mədəni millətlər səhvlərini düzəltmək uğrunda səylər göstərərkən, ruslar günahı başqalarının üstünə yıxmağa üstünlük veriblər. Odur ki, Rusiyanı istər qonşuları, istərsə də ölkə daxilində yaşayan qeyri-ruslar sevmirlər. Bu nifrətin köklərini axtarmaq əvəzinə ruslar daima millətçi şüarlarla silahlanıblar. Putin isə yenidən ruslara faşist libası geyindirmək fikrindədir. Bu isə Putinlə yanaşı Rusiyanın da çöküşünü tezləşdirir...