vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
09:10 | 12 iyun 2022 | Bazar Məqaləyə 670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada hərbi hissə yandı

FHN və rəsmi orqanlar hadisə barədə heç bir məlumat yaymıır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bryansk sakinlərinin dediyinə görə, iyunun 11-i səhər saatlarında Klintsı şəhəri yaxınlığındakı hərbi obyektdə yanğın baş verib. Bu barədə “Bryanskie novosti” saytı və “Podsluşano Klinsı ” teleqram kanalı xəbər verir. Onlar yanğın olan bu obyektin “hərbi hissə” olduğunu yazırlar.

Nə Fövqəladə Hallar Nazirliyindən, nə də Bryansk vilayətinin hakimiyyət orqanlarından bu məlumatın rəsmi təsdiqi olmayıb.

“Podsluşano Klinsı ” teleqram kanalında əvvəlcə dörd partlayışın olduğu yazılır. Daha sonra sayt yanğını əks etdirən foto, video və yanmış avadanlıqların fotolarını yayıb. Teleqram kanalı itkilərin olmadığını iddia edir.

Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinin hakimiyyət orqanları mütəmadi olaraq ərazilərinin atəşə tutulması barədə məlumat verirlər.

Misal üçün martın 29-da Rusiyanın Belqorod vilayətinin Krasnıy Oktyabr kəndi yaxınlığındakı silah-sursat anbarında, aprelin 1-də isə Belqorodun özündə neft bazasında partlayışların baş verməsi ilə bağlı xəbərlər yayılıb.

Bundan başqa aprelin 21-də Tverdə Müdafiə Nazirliyinin elmi institutunun inzibati binasında yanğın olub.

Aprelin 25-də Bryanskda neft anbarında, aprelin 27-də isə Ukrayna ilə sərhəddən 30 km aralıda, Belqorod vilayətinin Staraya Nelidovka kəndindəki sursat anbarında yanğın olub.

Rusiya rəsmiləri baş verən yanğın və partlayışları şərh etmədiyi kimi Ukrayna tərəfi bu hadisələrin iştirakında israrlılıq göstərmir.