Neft tankerlərdə qalıb
Rusiya İranın bazarını “öldürüb”
Neft tankerlərinin hərəkətini izləyən şirkətlərin təxminlərinə görə İranın neft və qaz gəlirləri Rusiya ilə Asiya bazarlarındakı rəqabətə görə yarıbayarı azalıb. Avropa İttifaqının Rusiya neftindən imtinanı nəzərdə tutan sanksiyalarına görə Moskva üzünü Asiya bazarlarına çevirib və burada öz neftini çox ucuz qiymətə satır.
Həm də tankerizləmə xidmətləri göstərən Kepler data firması məlumatlarına görə, İranın may ayında tankerlərə vurduğu neft və qaz kondensatı həcminin günə 400 min barel olduğunu göstərir. Halbuki bu rəqəm aprel ayında günə 820 min barel, martda isə 908 min barel idi.
Rusiya hazırda Asiya bazarlarında öz neftinin bir barelini 30 dollara satır. Bu İranın Asiya bazarlarında, xüsusən də Çində təklif etdiyi güzəştdən 10 dollar azdır.
***
Eyni zamanda İranın neft ixracatı azalıb. İranın mart və aprel aylarında doldurduğu 40 milyon barel neft tankerlərdə qalıb. Kepler rəsmisi deyib ki, İranın ötən ay doldurduğu tankerlər də müştərisiz qalır.
Keplerin məlumatına görə İranın dizel, mazut, benzin və başqa neft məhsulları ixracına dair rəqəmlər bu ilin yanvarından may ayınadək sabit qalıb. İran bu münvalla günə 420 min barel neft məhsulları ixrac edib.
ABŞ-da mənzillənmiş Nüvə İranı Əleyhinə qeyri-mənfəət təşkilatının məlumatına görə İranın neft və neft məhsulları ixracı ötən ay günə toplam 933 min barelə çatıb və bu mart ayından bəri üçdə bir həcmində azalma deməkdir.
Ötən ay İran Çinə günə 630 min barrel, Suriyaya 110 min barel, Birləşmiş Ərəb Əmirliklərinə isə günə 40 min bareldən az neft və neft məhsulları satıb.
Neftin qalan alıcıları məlum deyil.