vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
15:31 | 17 iyun 2022 | Cümə Məqaləyə 692 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məxfi planlar, gizli danışıqlar?

İndi Patruşev hər şeyi itirə də bilər, hakimiyyəti şəriksiz əldə edə də ...

Dadaş ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya mümkün qədər tez siyasi və diplomatik razılaşmaların əldə olunmasında maraqlıdır ki, bu da hərbi əməliyyatları dayandırmağa imkan verəcək. Bununla belə, Moskva və Kiyev arasında danışıqlar Ukrayna tərəfindən hələlik dondurulub”. Bu fikirləri dünən Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Maraqlıdır ki, Patruşevin bəyanatı Fransa prezidenti Makron, Almaniya kansleri Şolts və İtaliyanın baş naziri Draqinin Ukraynaya səfəri ərəfəsində səslənib. Bir sıra müşahidəçilər bu üçlüyün prezident Zelenskiyə təzyiq göstərməyə çalışacaqlarını qeyd edirdilər. Amma bunun əksi olaraq Avropalı liderlər Ukraynanı dəstəklədiklərini bəyan etdilər. Kansler Şoltsun: “Biz təkcə həmrəylik göstərmək istəmirik, həm də təmin etmək istəyirik ki, təşkil etdiyimiz yardım - maliyyə, humanitar, həmçinin silahlar - davam etdiriləcək. Və Ukraynanın müstəqillik mübarizəsi üçün nə qədər lazımdırsa, biz bunu davam etdirəcəyik” sözlərini xatırlatmaq kifayətdir. 

İnformasiya ilə dezinformasiyanın ayrılmaz cütlüklər kimi qoşa yürüdüyü bu zəmanədə nəyin doğru, nəyin yalan olduğunu müəyyənləşdirmək çox çətindir. Bugünkü informasiyalar arasında  Şolts, Makron və Draqinin Zelenskidən “qapalı qapılar arxasında” Rusiya ilə danışıqları bərpa etməyi xahiş etdikləri barədə də məlumat dolaşmaqdadır. Hər halda, “Die Welt” nəşri belə bir iddia ilə çıxış edib. Bəs, Patruşevin bəyanatı ilə “Die Welt” nəşrinin iddiası arasında əlaqə ola bilərmi? Nəsə demək çətindir, amma yenə də...

Hələ çərşənbə axşamı, iyunun 14-də Rusiya prezidenti Vladimir Putin yaxın çevrədən olan bir neçə şəxslə danışarkən olduqca qəribə bəyanatla çıxış edib. Xüsusi hərbi əməliyyatın perspektivlərinin müzakirəsi prosesində prezident sözün əsl mənasında yanındakıları şoka salıb: “Yaxın gələcəkdə nüvə müharibəsi qaçılmazdır və biz həlledici zərbəni ilk vurmağa hazır olmalıyıq”. Bu sözlər orada olanları çox təəccübləndirib, üstəlik, son vaxtlara qədər prezidentin ətrafında demək olar ki, hamı Putinin təkcə nüvə münaqişəsi deyil, həm də nüvə şantajı ehtimalını gündəmdən çıxardığına inanırdı. 

Oğlu Dmitrini prezidentliyə gətirmək arzusunda olan Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev informasiya məkanında Ukrayna ilə sülh danışıqlarına hazır olması tezisini irəli sürməklə nəsə etməyə tələsən kimi görünür. Patruşev üçün Rusiya Federasiyası Təhlükəsizlik Şurasındakı ekspertlərin prezident üçün hesabatı da bu baxımdan əhəmiyyətlidir. Nikolay Patruşev, oğlu Dmitrinin Putinin varisi olacaması layihəsini uğurla həyata keçirəcəyi təqdirdə müharibədə faktiki itki vəziyyətində olan ölkəni almasını istəməzdi. Patruşev Putindən fərqli olaraq, müharibəni “biabırçı” vəziyyətə salan Baş Qərargah və Müdafiə Nazirliyi nümayəndələrinin “axmaqlarının” vədlərinə deyil, həqiqətən də nadir hallarda səhv buraxan idarəsinin ekspertlərinə daha çox güvənir. 

Patruşev prezidentin iştirakı ilə keçirilən son müşavirədə tam səfərbərlik və hərbi vəziyyətin lehinə çıxış edib. Qarşıya qoyulan vəzifələr tez həll edilməli və ya planların bir hissəsindən imtina edilməlidir, əsas odur ki, Ukraynada müharibə bu ilin oktyabr-noyabr aylarına qədər başa çatmalı, keçidlə bağlı siyasi proseslər başlamalıdır, bu, Təhlükəsizlik Şurası katibinin mövqeyidir. Maraqlıdır ki, prezidentin ən yaxın dostu Yuri Kovalçuk və Putinə yaxın olan Seçin və Çemezov da Patruşevlə tam şərikdirlər. Ümumi baxış belədir ki, prezidentə yaxın elitada gərginlik istər-istəməz artacaq və payızın sonu və ya qışın əvvəlində kulminasiya nöqtəsinə çatacaq. Bu, hadisələrin istənilən inkişafında, praktiki olaraq qaçılmazdır. Təbii ki, bir istisna var - prezidentin “qəfil” ölümü. 

Əldə olan məlumatlardan belə görünür olur ki, hazırda Patruşev “Baharın on yeddi anı” filmində təsvir edildiyi kimi ABŞ-la dialoq qurmağa çalışan Himlerin vəziyyətindədir. İndi həm hər şeyi itirmək də mümkündür, həm də hakimiyyəti şəriksiz əldə etmək də. Putinin “intiharını” təşkil etmək necə, mümkündürmü?