Rusiya iqtisadiyyatının “alatoran zonası”
Sarı plomblar, metal dişlər; geyim fabriklərində düymə tapmırlar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Kreml ölkə iqtisadiyyatının Ukraynanın işğalından dolayı Qərbin sanksiyaları qarşısında duruş gətirəcəyini deyir. Ancaq bəzi praqmatiklər bundan əmin deyillər.
Jurnalist Mayk Ekel bu ayın əvvəlində AvtoVAZ-ın təqdim etdiyi “Lada Granta Classic” avtomobilində təhlükəsizlik yastıqları, kilid əleyhinə əyləc sisteminin, elektron sabitlik sisteminin olmadığını yazır. GPS-i də olmayan model 26 il öncənin emissiya standartlarına uyğundur.
Bütün bunların səbəbi Rusiyaya ixracı, təchizat zəncirini pozan sanksiyalardır.
Artıq Rusiyada smartfonlar yaxşı işləmir. Ərzaq qutularında etiketlər görünmür. Geyim fabriklərində köynəklərin qoluna tikməyə düymə tapmırlar.
***
“Rusiyaya qarşı iqtisadi blitskriq iflas edib”, – Prezident Vladimir Putin ötən həftə Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda belə deyirdi.
Rusiya siyasətçiləri əhalinin millətçilik hisslərinə toxunmaqla onların çətinliklərə sinə gərəcəyinə, müharibə bitənəcən kəmərləri sıxacağına ümid edirlər. Di gəl, bəzi praqmatiklər açıq şəkildə bunun belə olmayacağına dair xəbərdarlıq edirlər, yəni, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra üzləşdiyi Qərb sanksiyalarından sonrakı uğurunu təkrarlamaya bilər.
“Hər şeyi əvəzləmək mənasızdır, iqtisadi baxımdan praktik deyil, sadəcə mümkünsüzdür”, – Putinə sadiq, dövlətə məxsus Rostec müdafiə konqlomeratının başçısı Sergey Çemezov belə düşünür.
“Dünyada heç bir inkişaf etmiş ölkə belə eləmir. Təcrid, o cümlədən beynəlxalq təcrid, hər şeyi təkbaşına etmək cəhdi heç yerə aparıb çıxarmır”, – o, iyunun 15-də yazıb.
***
Rusiya üzrə təhlilçilər isə deyirlər ki, iqtisadiyyat 1991-ci ildə Sovet İttifaqının dağılmasına səbəb olan iflas həddində deyil.
“Ancaq Brejnev erasına qayıdış haqda danışırıq, yəni modernizasiya dayanır, gündəlik həyatda durğunluq başlanır, adamların seçimi azalır”, – bunu isə “Macro-Advisory” konsultasiya qrupunun təsisçisi Kris Vifer deyir. 1970-ci illərdə sovet lideri Leonid Brejnevin hakimiyyəti illərində ölkə iqtisadiyyatında durğunluq başlamışdı.
“İqtisadiyyat indi alatoran zonaya daxil olur”, – o, sözlərinə əlavə edir.
2014-cü il ilhaqından sonra Rusiya və qərb bir-birinə qarşılıqlı sanksiyalar tətbiq elədi. Ancaq məsələn, kompüter mikrosxemlərinin idxalı davam edirdi. 2015-ci ildə Rusiya hökuməti dövlət qurumlarına “Microsoft Office”dən istifadəni dayandırmaq göstərişi versə də, dörd il sonra dövlət şirkətlərinin proqramlarının 90 faizi xarici mənşəli idi.
“Onlar əsas ərzaq malları hazırlaya bilirlər, kosmosa raket göndərə bilirlər, amma orta sənayeni yarada bilməyiblər, məsələn, avtomobil istehsalını. İqtisadiyyatın ortası boşdur”, – Vifer belə deyir.
Bu il Rusiya iqtisadiyyatının 12-15 faiz kiçiləcəyinə dair proqnozlar var. Daha yumşaq proqnoz 7-9 faizdir.
***
Rusiya dental sənayesinin isə demək olar ki, tamamilə Avropa və ABŞ-dan idxaldan asılı olduğu bildirilir.
Sibirin Krasnoyarsk şəhərində klinika sahibi İnna dental avadanlıqdan tutmuş materiala qədər hər şeyin idxal olunduğunu deyir. Siyahıya plomb, implant, protest, diş qapağı (koronka), yapışdırıcı maddə və digər vacib materiallar daxildir. Bəzi diş həkimləri martın əvvəlində, hələ sanksiyaların çoxu işə düşməmiş ehtiyat alıb yığa biliblər. İnnanın klinikası üçün bir illik material alınıb.
O deyir ki, fevralda 1800 rubla (33 dollar) olan Amerika istehsalı Filtek materialını indi 4300 rubldan (79 dollar) aşağı qiymətə tapmaq olmur. Ancaq tələbat yenə yuxarıdır.
Pasiyentlər həkim qəbulunun 700 rubldan (13 dollar) min rubla (18 dollar) qalxdığını deyirlər.
Xüsusilə implantologiya sahəsi tamamilə idxaldan asılıdır. İmplantoloq İlya Şumakov Almaniya, İsveç və Amerika materialları ilə işləməyə üstünlük verdiyini deyir. “İstehsalçılar dövlətimizlə işləmək istəmirlər. Sənə lazım olanın heç yarısını da ala bilmirsən”, – o söyləyib.
***
Bu arada Çin təchizatçıları Rusiya bazarındakı boşluğu doldurmağa çalışırlar. Ancaq İnna buna axırıncı vasitə kimi əl atacağını deyir. “Qiyməti Avropa avadanlığı ilə müqayisə olunur, amma keyfiyyətinə baxarıq”, – o vurğulayır.
“Amerikanın 3M şirkəti Rusiyanı tamamilə tərk edib. İndi çinlilər onların yerini tutmağa çalışır. Çinin təklif etdiyi implantlara baxdıq. Kağız üzərində yaxşıdır, ancaq praktikada necə olacağını bilmirəm”, – Şumakov belə deyir.
O, yerli məhsullardan istifadəni sovet “qarabasması” adlandırır. “Onlardan müvəqqəti istifadə etdiyim olub. Müvəqqəti plomb üçün yaxşıdır, daimi üçün yox”, – o, sözlərinə əlavə edir.
“Rusiya implantlarından istifadəyə qayıtmaq istəmirəm. Sovet stomatologiyasını xatırlayıram. Sarı plomblar, metal dişlər yadımdadır. Yox, istəmirəm. SSRİ-yə dönməyi istəmirəm”, – bunu isə Krasnoyarsk sakini Olqa Kərimova deyir.