vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
12:06 | 28 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 752 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Medvedev intihara cəhd edib?

Keçmiş prezidentin məktub yazdığı və Putini günahlandırdığı deyilir

Dadaş ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə uduzacağı hər gün daha çox aşkar olduqca, Rusiya elitasında daha çox insanın bundan depressiyaya düşdüyünü və ağılsız bəyanatlarla çıxışlarının şahidi oluruq. Bu insanların siyahısında Rusiyanın keçmiş prezidenti və hazırda Təhlükəsizlik Şurası katibinin müavini olan Dmitri Medvedevin adı öndə gələnlərdəndir. Dünən isə bu zat daha da uzağa gedərək intihara cəhd edib. Məlumatı yayan mənbənin sözlərinə inansaq, onu son anda xilas etmək mümkün olub.

Dünənki gün həm Avropada, həm bölgədə bir çox hadisələrlə zəngin olsa da, bu hadisə digərlərindən daha əlamətdar hesab edilə bilər. Ötən gecə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin intihara cəhdinin qarşısı alınıb. Dmitri Medvedevin kabinetini təmizləyərkən qulluqçulardan olan bir qadın təsadüfən stolun üstündə və yerdə yazılmış bir neçə vərəqə diqqət edib, görünür, içindəkilərlə maraqlanıb. Belə ki, Dmitri Anatolyeviçin iri dəst-xətlə yazılmış intihar məktubunun beş variantını aşkar edən qulluqçu dərhal mühafizəçilərə məlumat verib. Mühafizəçilər Dmitri Medvedevi sərxoş vəziyyətdə və sağ əlində tapança tutmuş halda tapıblar. Medvedevi bir qədər inandırdıqdan sonra tapançanı təhvil verib, məlum olub ki, o, güllələrlə dolu imiş. Medvedevdə başqa bir qeyd də aşkar edilib, görünür, altıncı – son variant. Hər şey dərhal Rusiya prezidenti Vladimir Putinə çatdırılıb. Putin Medvedevə daha spirtli içki verməməyi və xüsusi qərara qədər hər addımı nəzarətdə saxlamağı əmr edib. Hadisənin ictimaiyyətə açıqlanmamasına qərar verilib. Dmitri Medvedev qeydlərində alçaldılmaya və emosional sıxıntıya dözə bilmədiyini, özünü dəyərsiz, heç bir şeyə qadir olmayan bir insan kimi hiss etdiyini, müharibəyə və onu alovlandıranlara nifrət etdiyini, özünün olümünə görə Rusiya prezidenti Vladimir Putini, Yuri Kovalçuku, Nikolay Patruşevi, Aleksandrı Bortnikovu və İqor Seçini günahlandırdığını yazıb. Qeydlərin bir variantında Medvedev kukla olmaqdan bezdiyini yazır. Yazılanların demək olar ki, hamısı xaotik və emosionaldır və görünür, sərxoş halda qələmə alınıb. Bəs, Medvedevin intiharı baş tutsaydı, Rusiya rəhbərliyi baş verənləri necə izah edəcəkdi? Yəqin ki, adını ya təsadüfi qəza, ya da sui-qəsd qoyacaqdılar. Kim bilir bəlkə, elə Kremençukdakı ticarət və əyləncə mərkəzinə endirilən raket zərbələrinin bu intihar cəhdi ilə əlaqəsi var. Hər halda, diqqəti yayındırmaq üçün belə bir avantüraya əl atıldığını istisna etmək olmaz...