vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
19:46 | 8 iyul 2022 | Cümə Məqaləyə 600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fikir ayrılıqlarını danışıq masasında həll etmək öhdəliyi

Böyük İyirmilərin nazirləri Ukrayna məsələsində çox az irəliləyiş əldə ediblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Cümə günü Balidə Böyük İyirmilərin (G-20) danışıqlarında Ukraynadakı müharibə və onun enerji və ərzaq tədarükünə təsiri müzakirə olunub. G-20-yə ev sahibliyi edən ölkə nazirləri müharibəni və onun ərzaq və enerji qiymətlərinin artmasına təsirini müzakirə edərkən “irəli yol tapmağa” çağırıb.

“Biz müharibəyə tez bir zamanda son qoymaq və fikir ayrılıqlarımızı döyüş meydanında deyil, danışıq masasında həll etmək öhdəliyimiz var”, – İndoneziyanın xarici işlər naziri Retno Marsudi görüşün açılışında BMT-nin çoxtərəfliliyə və etimada çağıran nizamnaməsinə istinadən deyib.

Xarici işlər nazirləri Ukraynadan taxılın daşınmasına və Afrika, Yaxın Şərq və başqa yerlərdə viranedici ərzaq çatışmazlığının qarşısının alınmasına dair narahatlıqlarını bölüşüblər. Ancaq danışıqlar zamanı kəskin gərginlik müşahidə olunub. Belə ki, ABŞ Dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov eyni masa arxasında otursalar da, birbaşa danışmayıblar.

Lavrov Qərb ölkələrinin nazirlərini “demək olar ki, dərhal, onlar Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasının tənqid etmək üçün söz alan kim”, – mövzudan yayınmaqda ittiham edib.

“Bilirsiniz, bütün təmasları kəsən biz deyildik”, – Lavrov ilk sessiyadan sonra müxbirlərə deyib. “Bunu Birləşmiş Ştatlar etdi.. və biz heç kəsin arxasınca qaçıb, görüş təklif etmirik. Onlar bizimlə danışmırlarsa, bu onların seçimidir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G-20 nazirlərinin cümə günü keçirdiyi iclasını iki dəfə tərk edib. Birinci dəfə Berkok sessiyada çoxtərəfliliyin gücləndirilməsinə dair çıxış edərkən, ikinci dəfə isə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın video bağlantı vasitəsi ilə ərzaq və enerji təhlükəsizliyi ilə bağlı çıxışından bir qədər əvvəl.

Blinken çıxışında birbaşa Rusiyaya müraciət edərək “Rusiyalı həmkarlarımıza - Ukrayna sizin ölkəniz deyil. Bu taxıl sizin taxılınız deyil. Niyə limanları bloklayırsınız? Siz taxılı buraxmalısınız” deyib.

Blinken danışan zaman Lavrov otaqda olmayıb. Təşkilatlar aclığın yaxınlaşdığına dair xəbərdarlıq edir

Görüş Dünya Ərzaq Proqramının çərşənbə günü yaydığı ən son hesabatdan sonraya təsadüf edib. Hesabatda aclıq və qida çatışmazlığını aradan qaldırmaq üçün qlobal səylərin azaldığı bildirilir.

Dünya əhalisinin təxminən 10 faizi, yəni 828 milyon insan ötən il aclıqdan əziyyət çəkib. Bu isə 2020-ci illə müqayisədə 46, 2019-cu illə müqayisədə isə 150 milyon daha çox insan deməkdir. Bu barədə Dünya Ərzaq Proqramı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin ərzaq təhlükəsizliyi və qidalanma hesabatının 2022-ci il buraxılışında məlumat verib.

“Bu rəqəmlərin qarşıdan gələn aylarda daha da artacağına dair real təhlükə var, Ərzaq Proqramının icraçı direktoru Deyvid Bisli deyib və əlavə edib ki, Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan ərzaq, yanacaq və gübrə qiymətlərindəki artım ölkələri aclığa sürükləyə bilər.”

Müstəqil Kyiv media orqanının məlumatına görə, Ukraynanın kənd təsərrüfatı nazirliyi cümə günü bildirib ki, ölkənin bir çox bölgələrində fermerlər buğda və paxlalı bitkiləri toplamağa başlayıb və artıq 1 milyon tondan çox taxıl yığıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin əvvəlində deyib ki, o, payıza qədər 60 milyon ton taxılın yığılacağını gözləyir və əgər blokadalar aradan qaldırılmasa, Ukrayna “çox çətin” vəziyyətdə olacaq.