vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:31 | 10 iyul 2022 | Bazar Məqaləyə 1067 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mesaj çox açıq idi”

Lavrovun G-20-dən “qaçmağının” səbəbləri məlum olur

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın İndoneziyada keçirilən Böyük İyirmilər (G-20) sammitində diplomatlarla Ukraynaya işğalı ilə bağlı ünsiyyət qurmaq istədiyinə dair əlamət görmədiyini deyib.

“Rusiyanın mənalı diplomatiyaya hazır olduğuna dair heç bir əlamət görmədik”, – Blinken iyulun 9-da Böyük İyirmilərin Balidə görüşündən sonra deyib. “Əgər diplomatiya üçün fürsət olsa, biz ondan istifadə edəcəyik”, – o deyib.

İyulun 8-də Birləşmiş Ştatlar və müttəfiqləri Moskvanın Ukraynanı işğalını pisləyəndən sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bağlı qapılar arxasında keçirilən G-20 sessiyasını tərk edib.

Lavrov həm səhər sessiyasını həm də Ukrayna xarici işlər nazirinin nazirlərə video-müraciətindən öncə gündüz iclasını tərk edib.

“Orada güclü konsensus var idi və Rusiya bu müharibə başlayandan bəri dəfələrlə olduğu kimi təcrid olunmuş vəziyyətdə qaldı”. “Xarici işlər naziri Lavrov görüşü erkən tərk etdi, bəlkə də ona görə ki, bu mesaj çox açıq idi”.