vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
17:50 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrana qarşı hərbi variant mümkündür

Co Bayden: “ABŞ nüvə təhdidləri ilə də mübarizə aparacaq”

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika prezidenti Co Bayden Yaxın Şərqə səfərinin əvvəlində İsrailə səfəri zamanı İranın nüvə proqramı ilə bağlı son çarə kimi hərbi varianta əl atacağı ehtimalının olduğunu deyib. Bununla yanaşı Bayden hökumətinin İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısında saxlamaq əzmində olduğunu vurğulayıb.

Bayden daha sonra bəyan edib ki, İranla razılaşma ölkənin nüvə proqramının məhdudlaşdırılmasına gətirib çıxara bilər və belə bir razılaşma əldə olunarsa, bu, İranı nüvə proqramı sahəsində geri qaytaracaq.

Eyni zamanda o, Amerika müttəfiqlərinin narahatlıqları aradan qaldıracağını və İranın nüvə proqramının təhlükəsi ilə bağlı onları arxayın salacağını vurğulayıb.

“Amerika eyni vaxtda İranla nüvə razılaşması üzərində çalışacaq və onun təhdidləri ilə də mübarizə aparacaq”, – deyə Co Bayden bildirib.

Amerikanın prezidenti İsrailin İranın qabaqcıl silahlar inkişaf etdirməsinə dair kəşfiyyat hesabatının məzmunu ilə tanış olduqdan sonra İranın atom bombası yaratmağa həmişəkindən daha yaxın olmasından narahatlığını bildirib.

Bayden İsrailə səfəri zamanı İsrail kəşfiyyatının İranın qabaqcıl silahlar istehsalına dair hesabatından xəbər tutub.

Bu hesabatda İsrail kəşfiyyatının məlumatlarına istinadən İranın bölgədə özünə bağlı qüvvələri bir milyard dollar dəyərində silahla silahlandırdığı bildirilir.