vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
21:57 | 16 iyul 2022 | Şənbə Məqaləyə 852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmas İsrailə raket atıb

Qarşı tərəf cavab olaraq Qəzzaya hücum edib, terrorçuların yeraltı anbarını partladıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Şənbə günü İsrailin cənubunda hava sirenləri sakinlərə Qəzzadan raket hücumunun olacağı barədə xəbərdarlıq edib. İsrail bildirib ki, İsrailə dörd raket atılıb. Ordunun bildirdiyinə görə, onların birinin qarşısı alınıb, digər üçü isə açıq əraziyə düşüb.

İsrailin Müdafiə Qüvvəsi qırıcı təyyarə ilə cavab zərbəsi endirərək, Həmasın iki obyektini hədəf aldığını bildirib. Müdafiə Qüvvəsi obyektlərdən birinin “raketlərin istehsalı üçün istifadə olunan xam materialların saxlandığı yeraltı obyekt” olduğunu bildirib.

Həmas Qəzzə zolağını idarə edən terrorçu qrupdur.

Hücum ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə səfəri çərçivəsində ilk dayanacağı olan İsraili tərk edəndən bir neçə saat sonraya təsadüf edib. Baydenin səfərinin məqsədi İsrailin regiona inteqrasiyasını dərinləşdirməkdir.