vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
09:23 | 23 iyul 2022 | Şənbə Məqaləyə 1248 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 milyondan çox insanın aclıq təhlükəsi

Qida çatışmazlığı ən çox Şərqi Afrikada gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şərqi Afrika regionunda 50 milyondan çox insanın bu il ciddi qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir”. Bu barədə “Associated Press” (AP) Şərqi Afrika Hökumətlərarası İnkişaf Təşkilatına (İGAD) istinadən xəbər verir.

Agentlik qeyd edir ki, belə bir proqnoz Şərqi Afrikanın yeddi ölkəsinə aiddir. Xüsusilə, Somali və Cənubi Sudanda təxminən 300 min insan ciddi ərzaq qıtlığı ilə üzləşəcəyi gözlənilir.

Somalidə səkkiz rayon sentyabr ayına qədər geniş yayılmış məhsul çatışmazlığı, mal-qara problemləri, həmçinin ərzaq qiymətlərinin artması və kütləvi humanitar yardımın olmaması səbəbindən aclıq təhlükəsi ilə üzləşib.

Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer regiondakı böhrana diqqət çəkmək üçün Şərqi Afrikaya səfər edir. Səfər zamanı Pauer ölkələri regionda “aclığın qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə” çağırıb.

Qeyd olunub ki, bu həftənin əvvəlində o, Efiopiya, Somali və Keniya xalqlarına ərzaq yardımı göstərmək üçün 1,2 milyard dollar ayrıldığını açıqlayıb. (report.az)