Rusiyada nələr olur?
Cəbhə Kadırov və Priqojinin hesabına ayaqdadır, Gerasimov və Şoyquya görə isə pis vəziyyətdədir
Əgər son həftələrə qədər Rusiya hakimiyyəti daxilində fikir ayrılıqları və qarşıdurmalar barədə fəhmlə, hansısa tarixi analogiyalara istinad edərək danışmaq mümkün idisə, bu gün artıq faktlar və baş verən hadisələrə istinad edərək əminliklə belə vəziyyətin olduğunu söyləmək olar. Buna misal olaraq Strelkov-Girkinin, Kadırovun, Priqororjinin açıqlamalarını, qanunsuz referendumlar və Ukrayna ərazisinin ilhaqı ilə bağlı tədbirdə Rusiya elitasına daxil olan şəxslərin simalarındakı ümidsizliyi, Putinin televiziya müraciəti barədə anonsun olduğu halda müraciətin reallaşmamasını, Rusiya hakimiyyəti daxilində varis planı ilə bağlı mübarizənin qızışdığı barədə insayd məlumatları və nəhayət, cəmi altı ay öncə general-leytenant rütbəsi verilmiş Kadırovun rus ordusunun hər gün böyük itkilərlə geri çəkildiyi vaxtda general-polkovnik rütbəsi ilə mükafatlandırılması kimi halları göstərmək olar. Doğrudan da, Rusiya hakimiyyəti daxilində nələrsə baş verir.
Dünən Rusiya prezidenti Vladimir Putinə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası vasitəsilə təkcə dünən səhər saatlarında səfərbər olunanlar arasında itkilərin 1300-dən çox ölü və itkin olduğu hesabatı təqdim edilib. Xatırladım ki, rəsmi məlumata görə, səfərbər olunanlar təlim keçməlidirlər və onların hərbi əməliyyatlarda iştirakı hərbi xidmətə çağırıldığı gündən iki aydan gec olmayaraq təmin edilir. Hesabatda həmçinin, səfərbərlik prosesində yaranan problemlər (çap mətninin on birinci səhifəsində) haqqında ətraflı məlumat verilmiş və Rusiya Federasiyası Müdafiə Nazirliyinin işinə qeyri-qənaətbəxş qiymət verilib. Hesabatı təqdim edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev səfərbərliklə bağlı problemlərlə yanaşı, tibb personalının ən zəruri olanlarla təmin olunması ilə bağlı cəbhədəki fəlakətli vəziyyətə də işarə edib. Ən kritik məqam qanaxmanın dayandırılması, yaralıların sarğısı üçün hemostatik maddələrin və vasitələrin demək olar ki, tamamilə olmamasıdır. Patruşev Putinə səfərbərlik prosesində pozuntulara görə 15 il müddətə qədər cinayət məsuliyyətinə cəlb etmə tədbirinə baxmayaraq, kütləvi fərarilik ehtimalı barədə xəbərdarlıq edib. Putin hesabatı dinlədikdən sonra vəziyyətin tam nəzarət altında olduğunu və hesabatda qaldırılan problemlərin həqiqətən mövcud olduğunu, lakin o qədər də kritik olmadığını bildirib.
Prezident Patruşevə öz səlahiyyətləri daxilində “problemlərdən şikayət etməkdən, qabartmaqdansa” aktual problemlərin həllində iştirak etməyi tövsiyə edib. Patruşev prezidentin reaksiyasından birmənalı olaraq qane olmayıb. Putin öz hərəkətləri ilə iyirmi ildən artıqdır ki, özünün yaratdığı hakimiyyətdə nəzarət və tarazlıq sistemini məhv edir. Məhz bu sistem Putin rejiminin çərçivəsidir, burada sistemin nüvəsi olan diktator təsir mərkəzlərindən bərabər məsafədə yerləşir. İndi əsas qərarların qəbulunda şəxsən ölümcül səhvlərə yol verən Putin məsuliyyət yükündən qurtulmağın və onu sistemdəki təsir mərkəzlərinə köçürməyin zəruriliyini aydın başa düşür. Deməli, ilk növbədə hərbi rəhbərlik cəbhədəki problemlərə, daha doğrusu qaçılmaz məğlubiyyətə görə cavab verməlidir. Putin bu məsələdə Kadırov və Priqojini öz “orduları” ilə müttəfiq edir, onları yüksəldir, Baş Qərargah və Müdafiə Nazirliyinə qarşı qoyur. Şayiə gəzir ki, cəbhə Kadırov və Priqojinin hesabına ayaqdadır, Gerasimov və Şoyquya görə isə pis vəziyyətdədir. Bu səbəbdən də təhlükəsizlik qüvvələrinə generalları nümayişkaranə şəkildə “vurmaq” əmri verilib. Putinin növbəti addımı güc blokunun qalib gələcəyi təqdirdə, onları Priqojin və Kadırovla qarşılaşdırmaq olacaq. Putinin problemi odur ki, hərbi məğlubiyyət rejimi təsəvvür etdiyindən daha tez məhv edəcək və çökmüş sistemin keçmiş təsir mərkəzləri və sistemin aktorlarının müəyyən ərazilərdə hakimiyyət strukturlarını ələ keçirmək və vətəndaş müharibəsinə çevrilmək üçün hər cür şansları var.