vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
12:02 | 12 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tacqoyma mayda keçiriləcək

Kral III Çarlz yalnız ənənəvi mərasimin “əsas elementlərini” qoruyacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bukingem Sarayı çərşənbə axşamı elan edib ki, Böyük Britaniya kralı III Çarlza gələn ilin mayında Londondakı Vestminster abbatlığında son 1000 ildə monarxların məshi üçün istifadə edilən ənənəvi şənliyə uyğun bir mərasimlə tac qoyulacaq.

73 yaşlı Çarlz keçən ay anası Kraliça Elizabetin ölümündən sonra avtomatik olaraq kral olub, lakin onun və kraliça tacını daşıyacaq həyat yoldaşı Kamillanın möhtəşəm tacqoyma mərasimi mayın 6-da, şənbə günü keçiriləcək.

Sarayın bəyanatında deyilir: “Tacqoyma monarxın bugünkü rolunu əks etdirəcək və gələcəyə baxacaq, eyni zamanda çoxdankı ənənələrə və şənliyə əsaslanaraq”.

Anqlikan Birliyinin ruhani rəhbəri Kanterberi arxiyepiskopu tərəfindən keçiriləcək təntənəli və dini tədbir adətən yeni monarxın qəbulundan bir neçə ay sonra baş verir.

İngiltərə, Birləşmiş Krallıq və Böyük Britaniyanın kral və kraliçaları 1066-cı ildə Vilhelm Fatehdən bəri Vestminster abbatlığında tac taxırlar. Çarlz Vilhelm nəslindən olan 41-ci və ən yaşlı monarxdır.

Şotlandiyadakı tətil evində 96 yaşında vəfat edən anası Elizabet 70 il müddətində kraliçalıq rekorduna sahibdir.

Çarlzın ölkənin yaşayış böhranı ilə mübarizə apardığı bir vaxtda gələcəyini nəzərə alaraq, tacqoyma mərasimi ətrafındakı adət əzəmətini azaltmaq istədiyi bildirilir.

Saray “zəmanəmizin ruhunu tanımaqla” ənənəvi mərasimin “əsas elementlərini” qoruyacağını deyib.

2 iyun 1953-cü ildə Elizabetin kraliça kimi tacqoyması ilk dəfə televiziyada nümayiş etdirilmişdi və bu, monarxiyanın modernləşdirilməsində bir mərhələ kimi qiymətləndirilmişdi.

Çarlz təkcə Böyük Britaniyanın deyil, Avstraliya, Kanada, Yamayka, Yeni Zelandiya və Papua Yeni Qvineyanın da daxil olduğu 14 başqa səltənətin kralı və dövlət başçısıdır.