vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
09:14 | 20 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İkisi bir yerdə batan dövlətlər

Avropa İranın generallarını və hərbi müəssisəsini “qara siyahı”ya saldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı İrana qarşı sanksiyaları qəbul edib. Bir sıra fiziki və hüquqi şəxslər, o cümlədən 3 general və kamikadze pilotsuz uçuş aparatlarının istehsalçısı “Shahed Aviation Industries” sanksiyalara məruz qalacaq.

Sanksiya siyahısına İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Korpusunun komandiri Seyid Ağacani və maddi-texniki təchizatdan məsul olan yüksək rütbəli zabit Xocatola Goreişi daxildir.

BMT-də də Rusiyaya dron-kamikadze verdiyinə görə İrana qarşı sanksiyalar hazırlanır. İlk olaraq Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bu ölkənin silah satışı məhdudlaşdırılıb. Növbəti mərhələdə İranın yüksək texnologiyalardan məhrum edilməsi, neftdən başqa mühüm ixrac sahələrinə, o cümlədən fərdi şəxslərə sanksiyalar qoyulması, maliyyə qadağalarının sərtləşdirilməsi gündəmdədir.