vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
20:12 | 6 noyabr 2022 | Bazar Məqaləyə 656 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gəmi yavaş-yavaş batır”

Admiraldan “böyük təhlükə” xəbərdarlığı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ hakimiyyəti Ukraynada mövcud olandan daha böyük hərbi münaqişələrin baş verməsi ehtimalını nəzərə alaraq müdafiə məsələsində tez və əsaslı dəyişikliklər etməlidir”.

Bunu ABŞ-ın Strateji Komandanlığının (Stratcom) rəhbəri, Hərbi Dəniz Qüvvələrinin admiralı Çarlz Riçard bildirib. O,  “Hazırda içində olduğumuz bu Ukrayna böhranı sadəcə bir istiləşmədir. Daha bir şey gəlir. Uzun müddətdir görülməyən bu cür sınaqlarla qarşılaşmağımız üçün kifayət qədər vaxt lazımdır”, – o deyib.

Riçard vurğulayıb ki, Çin və Vaşinqtonun digər rəqibləri hərbi baxımdan ABŞ-ı üstələyir, ona görə də səyləri gücləndirməyə ehtiyac var. “Əks halda Çin bizi sadəcə sıxışdıracaq və Rusiya yaxın gələcəkdə heç yerə yox olmayacaq”, – Riçard bildirib.

Admiral vəziyyəti “gəmi yavaş-yavaş batır” ifadəsi ilə eyniləşdirib: “Bu, yavaş-yavaş baş verir, amma baş verir. Çünki rəqib dövlətlər ABŞ-dan daha sürətli imkanlar tətbiq edirlər”.

Eyni zamanda, o, ABŞ-ın hələ də sualtı donanmada üstünlük təşkil etdiyini vurğulayıb. Etiraf edib ki, bu, Vaşinqtonun potensial rəqiblər arasında yeganə “asimmetrik üstünlüyü” ola bilər.

Xatırladaq ki, ABŞ-ın yeni müdafiə strategiyasında Pentaqon Rusiyanı “kəskin təhlükə” kimi müəyyən edib. Çin isə “ən mühüm strateji rəqib və əsas çağırış” adlandırılıb.