110 saat avtonom işləyir
ABŞ-ın yeni sualtı dronu modul konstruksiyaya malikdir
Amerika gəmiqayırma şirkəti “Huntington Ingalls Industries” (HII) “Remus 620” pilotsuz sualtı aparatını təqdim edib.
Sualtı dron modul konstruksiyaya malikdir ki, bu da cihazın xüsusiyyətlərini dəyişməyə imkan verir.
Dronun ölçüləri və funksiyaları quraşdırılmış akkumulyator bölmələrinin sayından asılı olacaq. Üç bölmə cihazın 110 saat avtonom işləməsini təmin edir. “Remus 620” həmçinin iki faydalı yük moduluna sahibdir.
Şirkətin insansız sistemlər bölməsinin rəhbəri Dueyn Foteringemin sözlərinə görə, dron donanmanın pilotsuz sistemlərini birləşdirmək məqsədi daşıyan ABŞ Hərbi Dəniz Qüvvələrinin strategiyasına uyğun olmaq üçün sıfırdan hazırlanıb. (Oxu.az)