Baydenin 3 tezisinin cövhəri
ABŞ və Rusiya Ukrayna ilə bağlı sövdələşmə formulunu axtarırlar
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
Ukrayna müharibəsində Rusiyanın yaratdığı işğal xəritəsi Kiyevin xeyrinə dəyişə bilər, çünki Moskva Xerson vilayətindəki qoşunlarını Dneprin sağ sahilindən çıxarıb sol cinaha yerləşdirir.
Rusiyanın qərarı hərbi-taktiki baxımdan Ukrayna üçün böyük üstünlüklər vəd edir, lakin Xerson uğrunda gözlənilən döyüşlər mahiyyət etibarı ilə ləğv edilmiş vəziyyətdə deyil.
Rusiyanın planının hərbi ştrixləri bundan ibarətdir ki, o, Ukraynadakı müharibənin Xerson cəbhəsində ciddi uğursuzluğa düçar olacağını dərk edib və qüvvələrini Dneprin şərq tərəfinə yerləşdirməklə maksimal müdafiəni təmin etməyi qarşıya məqsəd qoyur.
Rusiya bununla Ukraynanın həmin istiqamətdən gözlənilən hücumunu gecikdirməyə nail olmaq istəyir, lakin proseslərin döyüş qoxulu mənzərəsi Kiyev üçün böyük fürsətlər pəncərəsidir.
İndi Xersonun tamamilə Rusiya işğalından təmizlənməsi Ukraynanın keçirəcəyi uğurlu əks-hücum əməliyyatlarından asılıdır, burada isə başqa bir əmma ortalığa çıxır.
Ukraynanın taleyinin Rusiya ilə ABŞ arasında geosiyasi alver predmetinə gətirilməsi NATO-nun Kiyev üçün təhlükəsizlik təminatlarını qaranlıqlara doğru itələyir.
Onsuz da müharibə başlayandan bu yana ABŞ ilə Rusiya məxfi təmaslarda olublar, burada təəccüblə qarşılanacaq bir hal da yoxdur. Vaşinqtonla Moskvanı Ukraynanın mütləq suverenlik taleyi yox, müharibənin yaratdığı nəticələrin necə bölüşdürülməsi məsələləri düşündürür. Ancaq əks qütblər bir-birini tələyə salmaq potensialını da nəzərdən qaçırmırlar.
Elə bu səbəbdəndir ki, ABŞ və Rusiya prezidentlərinin müşavirlərinin (Cek Sallivan və Yuri Uşakov) beynəlxalq ictimaiyyətdən gizlədilən danışıqları mətbuata sızdırıldı, mümkün mesaj ondan ibarətdir ki, Ağ Evlə Kreml Ukraynadakı müharibəni öz xeyirlərinə doğru necə bitirməyin formullarını axtarırlar.
ABŞ Prezidenti Co Baydenin noyabrın 9-da keçirdiyi mətbuat konfransında dedikləri də bu fikirlərin doğruluğuna əminliyi artırır.
Cənab Baydenin frazalarından fraqmentlər:
1. ABŞ Rusiya qoşunlarının Xersonun bir hissəsindən çıxacağından xəbərdar idi.
Bu bənd üzrə “tapmaca”nın cavabı odur ki, həmin istiqamətdə tərəflər arasında müzakirələr gedib.
2. ABŞ Ukraynanın istədiyi hər şeyi etmir.
Bayden deyib ki, ABŞ Ukrayna səmasında təhlükəsizliyi təmin etmək üçün Kiyevə döyüş təyyarələri vermir, səbəbi isə odur ki, Vaşinqton üçüncü dünya müharibəsinə getmək fikrində deyil.
Yəni ABŞ Ukraynaya hərbi yardımı elə səviyyədə edir ki, bu, Moskva-Vaşinqton xəttində birbaşa qarşıdurma meyli yaratmasın, gizli danışıqların bir üzü də burada görünür. Hətta ABŞ HIMARS raketlərinin daha uzaq hədəfləri vuranlarını yox, yaxın məsafədə əməliyyat yerinə yetirənlərini Ukraynaya verir. ABŞ ehtiyatlanır ki, nisbətən uzaqmənzilli HIMARS-ları Ukraynaya versə, Kiyev Rusiya ərazisini bombalaya bilər.
3. ABŞ lideri Rusiya-Ukrayna müharibəsi fonunda qışın gəlişinin Avroatlantik məkan üçün yaratdığı təhdidlərin miqyasını anlayır.
Yəqin, buna görədir ki, Bayden Rusiya ilə Ukraynanın qışa qədər nə edəcəklərinə dair ümidlərini dilə gətirib və burada yenə də Kiyevə ərazi güzəştinə getmək kimi subminal mesajı diqqətə çatdırıb.
Düzü, ABŞ ilə Rusiyanın sövdələşmələrinin nəticəsi olaraq oyun qaydalarının hansı forma və ölçü qazanacağını proqnozlaşdırmaq çətindir.
Görünən budur ki, ABŞ başda olmaqla Qərb ölkələri Ukraynadakı müharibənin yorğunluğunu aradan qaldırmaq üçün Moskva ilə danışıqlara üstünlük verirlər.
Hərçənd ki, cari şəraitlə danışıqlara getmək Rusiyanın özünə də sərf edir, lakin Ukrayna ərazilərinin geri qaytarılması işində əzmkar və qətiyyətli davranır.