vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:04 | 19 noyabr 2022 | Şənbə Məqaləyə 564 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İğtişaş qardaşları ...

Kreml Tehrana OMON dəstələri göndərməyə hazırlaşır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya və İran Britaniyaya və qlobal təhlükəsizliyə görünməmiş qorxu yaradırlar”. Bunu Britaniya Xarici işlər naziri deyir.

XİN rəhbəri Ceyms Kleverli İrandan danışarkən Tehranın Moskva ilə gizli silahlar ötürməsi ilə yanaşı İranın atom silahı yaratmağa çox yaxın olduğunu nəzərdə tutur.

İndiki durumda Rusiyanın İranın atom silahına yiyələnməsində maraqlı olduğu az şübhə doğurur. 

İran Rusiyanın dərd qardaşı, silah yardımçısı və dünyaya açılan əsas nəfəsliklərdən biridir.

ABŞ rəsmiləri də Rusiyanın İrandakı azadlıq hərəkatını boğmaq üçün yardım etməyə hazırlaşdığından xəbərdar olduqlarını deyiblər. Son günlər xəbər yayılır ki, Rusiya OMON və iğtişaşları yatırmaq üzrə qüvvələrini İran hökumətinə yardım üçün yollayır. Yeri gəlmişkən biri iğtişaşların astanasında, digəri içində olan bu iki dövlət dünyada, xüsusən bölgədə hərc-mərclik yaratmaqdan doymurlar.