Bahalı saat baha başa gəldi
Nazirin istefasından sonra prezidentin evinə basqın edildi
Peruda “lüks saat” araşdırması istefa gətirdi. Prezident Dina Boluarteyə qarşı başladılan təhqiqat davam edərkən, daxili işlər naziri Viktor Torres istefa verib. Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Torres, “Təmiz əllərlə sülh yolu ilə ayrılıram” deyərək, istefasının “ailə və sağlamlıq problemləri” ilə bağlı olduğunu bildirib.
Prokurorluğun göstərişi ilə Boluartenin evinə Baş martın 30-da basqın edilib. Polis qapını sındırıb. Əməliyyat zamanı Boulartenin mal varliğı deklarasiyasında bəyan etmədiyi lüks saatların da axtarış aparılıb.
İki həftə əvvəl Boluartenin fərqli dəbdəbəli saatlar taxması ilə bağlı Peru mediasında yayılan xəbərlərdən sonra ona qarşı ilkin istintaq başladılıb. İstintaqın məqsədi dövlət başçısına qarşı rəsmi istintaq üçün əsasların olub-olmadığını müəyyən etmək olub. Bu qədər dəbdəbəli saatı necə ala biləcəyiniz sualına Boluarte saatları 18 yaşından çalışaraq qazandığı pulla aldığını bildirib. Boluarte, “Saraya təmiz əllərlə girdim, təmiz əllə çıxacağam” dedi.
2022-ci il dekabrın 7-də Perunun keçmiş prezidenti Kastilyo Konqres tərəfindən istefaya göndərildikdən sonra Dina Boluarte əvəzləndi. Boluartenin istefası və seçkilərin keçirilməsi tələbi ilə ölkə daxilində nümayişlər keçirilib və hadisələrdə 50-dən çox adam ölüb.