vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AMERİKA  
12:59 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnəkdən keçən quş qripi

ABŞ-da H5N1 virusuna yoluxan ikinci şəxs karantinə alınıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Texas ştatında bir nəfərdə quş qripi aşkarlanıb. Səlahiyyətlilər xəstəliyin son vaxtlar inəklərdə aşkar edilən hallardan keçdiyini və insanlara keçmə riskinin az olduğunu açıqlayıb.

Texasın Səhiyyə Xidmətləri Departamenti dünən ştatda bir nəfərdə quş qripinin aşkar edildiyini açıqlayıb. Nazirlik əvvəllər inəklərdə aşkar edilən halların insanlara keçmə riskinin aşağı olduğuna diqqət çəkib: “Quş qripinə yoluxduğu güman edilən xəstənin vəziyyəti inəklərlə təmasda olduqdan sonra pisləşib. Əsas simptom konjonktivit idi. Bu, ABŞ-da bir şəxsdə quş qripinin aşkar edilməsi ilə bağlı ikinci hadisədir. Texas Heyvan Sağlamlığı Komissiyası tərəfindən elan edildiyi kimi, son vaxtlar süd inəklərində quş qripinin aşkarlanması ilə əlaqəli olduğu güman edilir. Quş qripi virusları nadir hallarda insandan insana ötürülür. Buna görə də, geniş ictimaiyyət üçün riskin aşağı olduğuna inanılır. Bununla belə, quş qripi A(H5N1) olması şübhəsi olan xəstə heyvanlarla yaxın təmasda olan insanlarda yoluxma riski daha yüksəkdir”.

Səlahiyyətlilər keçən həftə Texas və Kanzas ştatlarında inəklərdə quş qripinin aşkar edildiyini açıqlayıblar. Açıqlamada insanlara yoluxma riskinin az olduğu, virusa yoluxmuş inəklərin karantinə alınaraq iki-üç həftə ərzində sağalacağı bildirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (XNQAM) ABŞ-da H5N1 virusu yoxlaması zamanı test cavabları müsbət çıxan ikinci şəxs olduğunu bildirib: “Bu Birinci şəxsin yoluxma halı 2022-ci ildə Koloradoda aşkarlanmışdı. Quş qripi A virusları, o cümlədən (H5N1) virusları ilə insanların yoluxması nadir hadisədir, lakin bütün dünyada tək-tük olaraq ortaya çıxır. XNQAM 2021-ci ilin sonlarında ABŞ-da ilk dəfə vəhşi quşlarda və ev quşlarında aşkar edildikdən sonra H5 virusu ilə yoluxmuş quşlara məruz qalan insanlar arasında xəstəliklərə nəzarət edir. “H5N1 quş qripinin törətdiyi insan xəstəlikləri bir çox halda yüngül (göz infeksiyası, yuxarı tənəffüs yollarının simptomları), bəzən isə ölümlə nəticələnən ağır xəstəliklərlə (sətəlcəm) müşahidə olunur”.