vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
09:57 | 1 may 2024 | Çərşənbə Məqaləyə 794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Cənnətə gedən pilləkən” söküləcək

Özəl mülkiyyətdən keçdiyi üçün ...

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Havay ştatında ziyarətinə qadağa qoyulan Cənnətə gedən pilləkənlə qalxan turistlər saxlanılır. Havay arxipelaqının Oahu adasındakı Honolulu şəhərində yerləşən Haiku pilləkəni təqdim etdiyi möhtəşəm mənzərə ilə turistlərin böyük marağına səbəb olan ərazilərdən biridir.

Ancaq Honolulu Bələdiyyəsinin bugünlərdə verdiyi açıqlamada 1987-ci ildən qadağan edilən pilləkənin aprelin 22-dən etibarən söküləcəyi açıqlanıb. Təxminən 855 metr hündürlüyündə olan pilləkən bəzən dumanlı dağlıq ərazilərə çıxışı təmin etdiyi üçün “Cənnətə gedən pilləkən” kimi də tanınır.

Bələdiyyənin açıqlamasında sözügedən marşrutun həm təhlükəli olduğu, həm də başqalarına məxsus torpaqlardan keçdiyi vurğulanıb və turistlərdən pilləkənlərlə çıxmaması xahiş edilib.

Honolulu polisinin CNN ilə paylaşdığı məlumata görə, aprelin 23-də pilləkənlərlə çıxan 5 nəfər şəxsi mülkə girmək ittihamı ilə saxlanılıb.

Həmçinin bildirilib ki, 20-21 aprel tarixlərində pilləkənləri qalxmağa hazırlaşan ən azı 60 nəfərə xəbərdarlıq edilib. Polis rəsmilərindən Randall Platt vertolyotların pilləkənləri sökmək üçün işlədiyini və əraziyə girişlərin çox təhlükəli olduğunu bildirib.

İkinci Dünya müharibəsində quraşdırılmış radio qülləsinə daxil olmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tikilmiş pilləkənin sökülməsi bələdiyyəyə təxminən 2,5 milyon dollara başa gələcək.

Təxminən 5 ay çəkəcəyi gözlənilən sökülmə prosesinin tamamlanmasından sonra pilləkənin hara köçürüləcəyi hələ qərar verilməyib.

“Yura dövrü parki” (“Jurassic Park”), “Pörl Harbor” (“Pearl Harbor”) və “Cumanci” (“Jumanji”) kimi məşhur filmlərin çəkildiyi “Kualoa Farm”, pilləkənləri ala biləcəklərini bildirib. Oahu adasındakı ferma da Havay arxipelaqına gedən turistlərin tez-tez ziyarət etdiyi yerlər sırasındadır.