Ölümə qarşı yarış
78 mədənçini xilas etmək üçün işlər davam edir
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«İran ABŞ-ın planlarını dəyişə bilməz»
Con Kerri: Oktyabrda başladığımızı 2018-ci ildə bitirmək istəyirik»
-
İyulun 11-də Polşada baş verən yeraltı 3,1 bal gücündə zəlzələdən sonra ölkənin cənubundakı Rydutovi mədənində çökmə baş verib. Qəza nəticəsində 1 şaxtaçı ölüb, 17-si yaralanıb. 78 şaxtaçının axtarış-xilasetmə işləri davam edir.
Mədəni idarə edən Polşa Kömür Mədən Qrupunun sözçüsü Aleksandra Visoçka-Simbiqa (Aleksandra Wysocka-Siembiga) “Associated Press”ə bildirib ki, kəşfiyyatın gecə boyu davam etməsi üçün yeraltı təhlükəsizlik şəraiti yaxşılaşdırılıb.
Zəlzələnin təkrarlanma təhlükəsi və mədəndə metan qazının çox olması səbəbindən xilasetmə qrupları dünən işlərinə ara verməli olub.
Polşanın Kömür Mədən Qrupu tərəfindən idarə olunan mədən sahələrində bu il çoxlu ölümlə nəticələnən qəzalar baş versə də, may ayında “Myslowice-Wesola” kömür mədənində 3 şaxtaçı, aprel ayında isə eyni mədəndə bir mədənçi həlak olub.