vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
08:19 | 20 iyul 2024 | Şənbə Məqaləyə 183 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sui-qəsd cəhdinin xeyri

Tramp səs nisbətində rəqibini xeyli üstələyib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı “CBS News”un sorğusuna əsasən, keçmiş prezident Donald Trampın səs nisbəti ona qarşı sui-qəsd cəhdindən sonra ciddi yüksəliş, indiki prezident Co Baydenin səsi isə bir o qədər azalma var.

“CBS News” noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlardan 16-18 iyul tarixlərində kimə səs verəcəklərini soruşub. Sorğuya görə, Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra rəqibi Bayden üzərindəki üstünlüyünü artırıb.

İyulun 3-də keçirilən sorğuya görə yüzdə 50 səs alacağı təxmin edilən Tramp hazırkı anketdə səs nisbətini yüzdə 52-yə yüksəldib.

İyulun 3-də keçirilən sorğuda Baydenin səs nisbəti 48 faiz olduğu halda, hazırkı sorğuda 47 faizə düşüb.

Sorğu iştirakçılarının 54 faizinin fikrincə, Tramp ona qarşı sui-qəsd cəhdindən sonra birləşdirici mövqe nümayiş etdirib.

Baydenin seçkidən geri çəkiləcəyi təqdirdə Demokratların namizədi kimi qəbul edilən Trampla vitse-prezident Kamala Harris arasında qarşıdurma yaranarsa, keçmiş prezident yenidən irəlidə görünür.

Belə olan halda Trampın 51 faiz, Harrisin isə 48 faiz səs alacağı təxmin edilir.