vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
14:41 | 24 iyul 2024 | Çərşənbə Məqaləyə 115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskvada partlayış

Avtomobilinə bomba qoyulan Torqaşov işğalçı müharibədə iştirak edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hərbçisinin avtomobilində partlayış baş verib. TASS xəbər agentliyinin yerli rəsmilərə əsaslanaraq verdiyi xəbərə görə, səhər saatlarında Moskvanın şimalında park edilmiş avtomobildə partlayış baş verib.

Partlayış Ukraynada davam edən işğalçı müharibədə iştirak etdiyi deyilən Andrey Torqaşov və həyat yoldaşının avtomobilə minməsi zamanı baş verib. Partlayış nəticəsində xəsarət alan Torqaşov və həyat yoldaşı xəstəxanaya aparılarkən, dayanacaqda olan bəzi avtomobillərə də ziyan dəyib.

Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk sosial media hesabında verdiyi açıqlamada hadisənin avtomobilə quraşdırılmış naməlum əşyanın partlaması nəticəsində baş verdiyini bildirib.

Volk, polisin hadisəylə bağlı araşdırmasının davam etdiyini ifadə etdi.