vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
17:53 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Frankfurt aeroportu iflic olub

İqlim fəallarının aksiyası nəticəsində 50 uçuş ləğv edilib

CAVİD

İqlim fəallarının aksiyası səbəbindən Frankfurt hava limanında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb, lakin polisin fəallara müdaxiləsindən sonra gecikmə ilə yenidən başlayıb. Hava limanında iqlim fəallarının keçirdiyi etiraz aksiyasına görə 50 aviareys ləğv edilib. Aksiya iştirakçısı 8 fəal saxlanılıb.

Hava limanının sözçüsü aksiya ilə əlaqədar 50 reysin ləğv edildiyini təsdiqləyib.

“Letzte Generation” (Son Nəsil) qrupunun “X” hesabında edilən açıqlamada, “Neft, qaz və kömür çıxarmağa və istifadə etməyə davam etmək varlığımız üçün təhlükədir. 2030-cu ilə qədər qalıq yanacaqlardan istifadəni dayandırın”, – yer alıb.

Polis bildirib ki, 8 fəal saxlanılaraq şəxsiyyəti müəyyən edildikdən sonra onlara qarşı hava hərəkətinə təhlükəli müdaxilə və icazəsiz girişə görə cinayət işi qaldırılıb.

İqlim fəalları iyulun 24-də Köln-Bonn hava limanında hava nəqliyyatını təxminən 3 saat iflic edib.

İki gündür davam edən etiraz aksiyaları şəhər polisini bütün hava limanlarında təhlükəsizliyi artırmağa məcbur edib.